Kontakt Home mağazalar şəbəkəsi marketinq departamentindən Vakansiya: Merçendayzer tələb olunur
Vəzifə öhdəlikləri:
– Rəhbərlik tərəfindən təyin edilmiş qaydalara riayət olunub-olunmadığının qiymətləndirilməsi üçün mağazaların yoxlanılması, o cümlədən məhsulların düzülüşü, təmizlik, qiymət kağızlarının vaxtında dəyişdirilməsinin yoxlanılması;
– Yeni təyin olunan qayda və kampaniyalar haqqında mağaza personalının məlumatlı olub-olmadığını yoxlamaq üçün mağaza personalının sorğu-sual edilməsi;
– Məhsulların düzülüşü haqqında mağaza personalına təlimlərin keçirilməsi.
Namizədlərə tələblər:
– Müvafiq sahə üzrə iş təcrübəsi: 1 ildən;
– Merçendayzinqin əsaslarını üzrə biliklər;
– Digər (məsələn, paltar, ev əşyaları və sair qeyri qida məhsullarının satışı) sahələrdə merçendayzer kimi iş təcrübəsi arzu olunandır;
– Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
– İş ilə bağlı səyahət etmək imkanı.
İş rejimi:
– İş qrafiki: I-VI iş günləri;
Əmək haqqı:
– Rəqabətqabiliyyətli əmək haqqı.
Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Merçendayzer” qeyd edərək https://qlor.me/lomufe2rg ünvanına əlavə edib müraciət edə bilərlər.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur
