FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı Baş Ofisində Vakansiya: Mərkəzləşdirilmiş Kredit Təsdiqetmə Şöbəsinin Meneceri tələb olunur
Təsvir
1) Mərkəzləşdirilmiş kredit anderraytinq şöbəsinə biznes bölmələr tərəfindən göndərilmiş kredit müraciətlərinə baxılması və qiymətləndirilməsi prosesini çevik və etibarlı qərar qəbul etmə yanaşması ilə təmin edir.
2) Kredit təhlilinin keyfiyyətini artırmaq, biznes komandaları ilə səmərəli əməkdaşlıq yaratmaqla əsaslandırılmış qərarlar qəbul edir
3) Kredit portfelinin risk tendensiyaları və erkən risk göstəricilərini təhlil və müəyyən etməklə “FINCA Azərbaycan”-ın kredit portfeli üzrə keyfiyyətli nəticələr əldə etməsinə və təşkilatın inkişaf məqsədlərinə nail olmaq üçün töhfə verir.
4) Kredit müraciətlərinin qiymətləndirilməsi və qərar qəbul edilməsi prosesini təkmilləşdirmək məqsədilə yeni yanaşmaların işlənib hazırlanmasını, mövcud olanların isə yenidən nəzərdən keçirilməsini, habelə kredit portfelinin monitorinqini və müvafiq analizlərin aparılmasını həyata keçirir.
5) Kredit müraciətçilərinin kredit risklərinin qiymətləndirilməsi baxımından ümumi standartları müəyyən etməklə, anderrayter komandasının işini izləyir və qiymətləndirir, onların optimal iş yükünü təyin edir və fəaliyyətləri haqqında dəqiq hesabatlılığı təmin edir.
6) Anderraytinq prosesini davamlı olaraq nəzərdən keçirərək, portfel üzrə risklərin qarşısının alınması və azaldılmasını təhlil edir və rəhbərliyə müvafiq hesabatları təqdim edir.
7) Kredit proseslərinin səmərəliliyini artırmaq, həmçinin biznes prosesləri optimallaşdırmaq üçün biznes və IT komandaları ilə yaxın əməkdaşlıq edərək “FINCA Azerbaijan”-ın avtomatlaşdırma və rəqəmsallaşdırma təşəbbüslərini dəstəkləyir.
8) Şöbə əməkdaşlarının planlaşdırılması, işə götürülməsi, müvafiq təlim və inkişaf proqramlarının həyata keçirilməsi və bacarıqlarının artırılmasında əsas aparıcı rolu həyata keçirir; komanda üzvlərinə xidmət yönümlülük, innovasiya, qayda və prosedurları rəhbər tutma və dürüstlük dəyərlərini aşılayır.
Tələblər
Bakalavr təhsili (maliyyə, biznes və iqtisadiyyat ixtisasları üzrə məzunlara üstünlük verilir)
Bank və ya Qeyri-bank kredit təşkilatında kreditlərin qiymətləndirilməsi, satışı, monitorinqi və digər əlaqəli funksiyalar üzrə ən azı 5 il iş təcrübəsi (sahədən kreditvermə işində təcrübə arzuolunandır)
Kreditlərin verilməsi ilə məşğul olan komandanın idarə edilməsində ən azı 2 il iş təcrübəsi (Anderraytinq komandasının idarə olunması sahəsində təcrübə arzuolunandır)
Güclü analitik bacarıqlar və mühakimə qabiliyyəti, müştərinin riski, biznes imkanları və sosial məlumatlarından əsaslandırılmış nəticə çıxarmaq qabiliyyəti
Kredit portfeli və risklərin qiymətləndirilməsi ilə bağlı məlumatları təhlil etmək və müvafiq MS Office proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı
Komandada işləmək bacarığı, mükəmməl dinləmə və müşahidə etmə, mürəkkəb anlayışları aydın şəkildə çatdırmaq üçün yazılı və şifahi ünsiyyət bacarıqları, filial ofisləri və əsas ofisin işçiləri arasında konstruktiv ünsiyyət və əlaqə yaratmaq bacarığı
Yüksək planlaşdırma, təşkilatçılıq və təqdimat bacarıqları, vaxtın səmərəli şəkildə idarə edilməsi, strateji düşüncə tərzi, nəticə yönümlü olmaq
Yeni təkliflər irəli sürmək və həll etmək, təşəbbüs alaraq qərarlar qəbul etmək və nəticə çıxarmaq bacarığı
Tabeçiliyindəki əməkdaşları inkişaf etdirmək, həvəsləndirmək və iş nəticələrini təkmilləşdirmək, təlimlər keçirmək, mükəmməl liderlik və komanda idarəetmə bacarıqları
Kredit bazarı, tənzimləyici tələblər, qabaqcıl təcrübələr və rəqəmsallaşdırma üzrə dərin biliklər
Siyasət və prosedurlara uyğunluğu, şəffaflığı təmin etməklə, detallara diqqət yetirmək bacarığı
Azərbaycan dilində səlis danışmaq, yaxşı səviyyədə İngilis dili biliyi
İş zamanının 15%-lik hissəsini ölkə daxili işgüzar səfərlərdə keçirmək istəyinin olması;
Müraciət üçün:
qlor.me/lmk7zfgou