İşə Qəbul 2023: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi / İş Elanları və Vakansiyalar


Loading

Monitorinq və təhlil şöbəsinin müdiri tələb olunur

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Vakansiya: Monitorinq və təhlil şöbəsinin müdiri tələb olunur

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Sahə üzrə minimum 6 il iş təcrübəsi tələb olunur.
Təhsil: İqtisadiyyat və idarəetmə / Maliyyə, mühasibat uçotu və audit, kommersiya, menecment, iqtisadiyyat, biznesin idarəedilməsi və s.

Vəzifə öhdəlikləri:
-Agentliyin sədri ilə müəyyənləşdirilmiş müxtəlif parametrlər üzrə monitorinq həyata keçirmək və dövri hesabatlar hazırlamaq;
-Rəhbərlik tərəfindən verilmiş tapşırığa əsasən Agentliyin tabeliyində olan reabilitasiya müəssisələrinin fəaliyyətinin təhlili və monitorinqini həyata keçirmək;
-“Təhlil” altsisteminin təkmilləşdirlməsi və yaranmış boşluqların aradan qaldırılması məqsədilə təkliflərin verilməsinə rəhbərlik və nəzarət etmək;
-“Əlillik” altsistemində əks olunan məlumatlarla pensiya, sosial müavinət ödənişləri arasında uyğunsuzluqları aşkar etmək və onların aradan qaldırılması məqsədilə müvafiq şöbəyə məlumat vermək;
-Agentliyin fəaliyyəti ilə bağlı dövrü hesabatların hazırlanmasına rəhbərlik və nəzarət etmək;
-Müvafiq sahə üzrə sifariş verilmiş işlərin və xidmətlərin təsdiq olunmuş tələblərə uyğunluğunun yoxlanılması və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasının təmin edilməsinə rəhbərlik və nəzarət etmək;
-Agentliyin və tabeliyində olan qurumların hesabatlılıq sisteminin qurulması və təkmilləşdirilməsinə dair təkliflərin verilməsinə rəhbərlik və nəzarət etmək;
-Müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi, şəffaflığın artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlərin görülməsi, habelə innovativ ideya və təkliflərin verilməsinə rəhbərlik və nəzarət etmək;
-Şöbənin fəaliyyət sahəsinə aid daxili və xarici yazışmaların həyata keçirilməsinə rəhbərlik və nəzarət etmək;
-Şöbənin fəaliyyəti ilə bağlı sənəd, məktub və əmr layihələrin hazırlanmasına rəhbərlik və nəzarət etmək;
-Şöbə üzrə görüləcək işlərin planının tərtib olunması, iş planına uyğun işlərin təşkil edilməsi, rəhbərlik və nəzarətini həyata keçirmək;
-Daxili nəzarət planına uyğun olaraq iş yükünün tabeliyində olan əməktaşlar arasında bölgüsünün təmini, icra və xidmət intizamına riayət edilməsinə nəzarətin təşkil etmək;
-Tibbi-sosial ekspertiza haqqında qanunvericiliyin təkmilləşdirilməsinə zəmin yaratmaq məqsədi ilə əlilliyi olan şəxslər, əlilliyin vəziyyəti və dinamikası, əlilliyi olan şəxslərin sosial müdafiəyə, o cümlədən reabilitasiya tədbirlərinə olan ehtiyacı, görülən tədbirlərin nəticəsi və səmərəliliyi barədə sistemləşdirilmiş məlumat bankı yaratmaq;

Tələblər:
– Microsoft windows, excel, powerpoint, word, Power Bİ.
-İngilis və rus dili B2 səviyyə;
Əmək haqqı: 2000-2300 AZN

Təminatlar:
-İllik performans göstəricilərinə uyğun mükafat sistemi;
-Kollektiv mükafat.
– İş qrafiki: Həftədə 5 gün

Müraciət qaydaları: 
Müraciət qaydaları: dtsera_cv@sosial.gov.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını yazaraq CV göndərməklə müraciət edilir.

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

XİDMƏT

Xadimə, Resepşn, Təmizlikçi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

Son iş elanları və vakansiyalar