Mövenpick Winter Park Baku Mühafizəçi (bəy) vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– Rəhbərlik tərəfindən verilən təlimatlara əsasən mehmanxananın əsas hissələrində müəyyən edilmiş vaxt ərzində mühafizə işini təşkil etməli;
– Mehmanxana daxilində yoxlama işlərini yerinə yetirməli;
– Təşkil olunmuş kamera cihazları vasitəsilə daima otelə nəzarət etməli;
– Müəssisədaxili təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunmasına diqqət etməli.
Namizədlərə tələblər:
– Bəy namizəd;
– Boy həddi: Minimum 180 sm;
– Yaş həddi 18-32 yaş;
– Dil biliyi: Azərbaycan və ingilis dillərini bilməli, digər dil bilikləri üstünlükdür (rus və ya ərəb);
– Kompüter biliyi: Başlanğıc səviyyədə olması kifayətdir;
– İş təcrübəsi: Üstünlükdür;
– Şəxsi keyfiyyətləri: Xarici görünüşü normal, mehriban, səbirli, çevik və məsuliyyətli olmalı.
İş rejimi:
– İş saatı: Növbəli rejim, 8 saatlıq iş;
– Nahar və forma: Şirkət tərəfindən verilir.
Əmək haqqı:
– Aylıq məvacib 500 manat NET təşkil edir + Bonus (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Mühafizəçi (bəy)” qeyd edərək Gulnar.Nazarova@Winterparkhotel.net e-poçt ünvanına ya da (050) 251-70-12 Whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur