Evrika Liseyi Mühafizəçi vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– Nəzarət-buraxılış sisteminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək;
– Məktəb ətrafı əraziləri nəzarət altında saxlamaq;
-Daxili təhlükəsizlik qaydalarına və nizam-intizam qaydalarına əməl olunmasına nəzarət etmək;
– Obyektlərin və maddi dəyərlərin mühafizəsi üzrə xidmət aparmaq.
– Məktəbə keçən (çıxan) şəxslərin qeytiyyatını və sənədlərinin yoxlanılmasını aparmaq;
– Kamera vasitəsilə nəzarəti təmin etmək;
– Fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə məsuliyyət daşıyır.
– Lazım gəldiyi təqdirdə yönləndirmə və məlumatlandırma işini görmək;
– Müəssisədə qurulmuş mühafizə və mühafizə yanğın siqnalizasiya cihazların işinə nəzarət etmək
– Şagirdlərin liseydən çıxmasına və valideyinlərə təhvilinə nəzarət edir
– Məktəb ətrafında növbə ilə yol tıxacları yaranmamasına nəzarət edir (səhər servis avtobusları gələndə və axşam yola düşəndə).
Namizədlərə tələblər:
– Ali təhsil
– Mühafizə xidmətinin təşkili sahəsində bacarıqlar;
– Dil bilikləri: Azərbaycan (səlis), rus (minimim orta səviyyədə), ingilis( üstünlükdür)
– Təcrübə: min 1-3 il
– Boyu – 1.80 sm-dən, çəkisi 75 kq-dan aşağı olmayan;
– Kollektiv ilə işləmə bacarığı
– Məsuliyyətli və diqqətli olmaq
– Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
– Praktiki sağlam və yaxşı fiziki formada olan; (hər hansı bir döyüş idman sənətinin sahibinə üstünlük veriləcəkdir)
– Stress altında işləmə və qərarvermə səriştəsinə sahib;
Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Mühafizəçi” qeyd edərək hrevrika@evrikaliseyi.edu.az epoçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur