İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
ARB 24 MMC-dən İş Elanları və Vakansiyalar

Loading

Mühasib tələb olunur

4.6/5 - (9 səs)

ARB Media Qrup Vakansiya elan edir: Mühasib tələb olunur

Vəzifə öhdəlikləri:
– Mühasibat və vergi uçotu üzrə ilkin sənədləşmələrin aparılması;
– Gündəlik e-qaimələrin (satış, qaytarma) yazılması və gələn e-qaimələrin yoxlanıb təsdiq edilməsi;
– Bütün növ mühasibat uçotu əməliyyatlarının qeydiyyatının aparılması və 1C (8.3) proqramına işlənməsi;
– Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
– Bank və ƏDV depozit əməliyyatları, daxili-xarici ödənişlərin həyata keçirilməsi;
– Debitor və kreditor borclarının, alınmış və verilmiş avansların gündəlik uçotu;
– Online kargüzarlıq vasitəsi ilə vergi orqanı və digər vergi ödəyiciləri ilə yazışmaların aparılması;
– Müştərilərin və əlaqəli şəxslərin e-mail və telefonlarının cavablandırılması;
– ƏDV, ÖMV, Statistika hesabatlarının verilməsi;
– Mənfəət bəyannaməsinin hazırlanması prosesində Baş mühasibin tapşırıqlarına əsasən müəyyən hesabatların hazırlanması;
– Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi.

Namizədlərə tələblər:
– Ali təhsil: (mühasibatlıq, maliyyə, iqtisadiyyat üzrə);
– Yaş: 24-30;
– Təcrübə: 2 il
– Müvafiq qanunvericilik biliklərinə malik olması;
– 1C (8.3) proqramında sərbəst işləmə bacarığı (vacibdir);
– MS Office proqramlarını (Word, Excel), xüsusilə Exceli yüksək səviyyədə bilmək bacarığı;
– Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes, e-customs və s.) ;
– Dəqiqlik, məsuliyyətlilik, düzgünlük, etibarlılıq, yüksək riyazi və analitik düşüncə qabiliyyəti kimi göstəricilərə sahib olmaq;

İş qrafiki:
– İş qrafiki: Bazar ertəsi – Şənbə, 6 günlük iş həftəsi;
– İş vaxtı: həftə içi: 10:00 – 18:00; şənbə: 10:00 – 16:00
– Ünvan: Yasamal rayonu, Şərifzadə 2e.

Əmək haqqı:
– Aylıq məvacib 900-1000 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Mühasib” qeyd edərək office@arbtv.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

×

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!