İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Aselsan-Bakü-dan İş Elanları və Vakansiyalar

Loading

Mühasib tələb olunur

4.6/5 - (11 səs)

Aselsan-Bakü Mühasib vəzifəsi üzrə vakansiya elan edir

Vəzifə öhdəlikləri:
– Mənfəət, ƏDV, ÖMV, Əmlak və Vahid Bəyannamə hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim edilməsi;
– Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər əmək haqqı ilə bağlı hesablamaların dəqiq və vaxtında aparılması;
– Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotu sistemində (Mikro proqramında) düzgün əks etdirilməsi;
– Korporativ siyasət və prosedurlara uyğun olaraq iş prosesinin effektiv idarə edilməsi;
– Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsinin mühasibatlığa aid olan hissələri haqqında geniş məlumatlılıq;
– Şirkətin maliyyə vəziyyətinin təhlili və maliyyə hesabatlarının hazırlanması;
– Büdcə planlaşdırılması və nəzarəti proseslərinin həyata keçirilməsi;
– Daxili və xarici audit proseslərinə dəstək vermək;
– Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Namizədlərə tələblər:
– Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu sahəsində təhsil);
– Mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsi;
– MS Office proqramlarında, xüsusən də Excel-də yüksək səviyyədə istifadə bacarıqları;
– Güclü riyazi biliklər və analitik düşünmə bacarığı;
– PMS sertifikatı və Mikro proqramı biliyi üstünlükdür;
– Beynəlxalq mühasibat standartları (IFRS) və milli mühasibat standartları haqqında bilik;
– Vergi qanunvericiliyi, əmək qanunvericiliyi və mühasibatlıqla bağlı digər hüquqi sənədlər haqqında məlumatlılıq;
– Müvafiq mühasibatlıq proqramları ilə iş təcrübəsi;
– Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
– Yüksək məsuliyyət hissi və detallara diqqət;
– Müvafiq sertifikatlar və peşəkar inkişaf kurslarını keçmiş olmaq üstünlükdür;
– Yaş həddi 25-40 il;
– B kateqoriyalı sürücülük vəsiqəsi.

Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Mühasib” qeyd edərək mehemmedivend@aselsanbaku.az epoçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!