Euroservise Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– E-qaimələrin tərtib edilməsi qarşı tərəfə göndərilməsi
– İnternet bank üzərindən ölkədaxili və xarici ödənişlərin həyata keçirilməsi;
– Bank çıxarışlarını və depozit hesabı üzrə hərəkətləri işləmək;
– Kreditor və debitor öhdəliklərin, material ehtiyyatlarının, pul vəsaitlərinin, dövriyyəsinin və xərclərin, göstərilən xidmətlərin, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin qeydiyyatını aparmaq;
– Lazım olduğu təqdirdə müştərilərlə üzləşmələrin həyata keçirilməsi;
– Elektron portallarında işləmə bacarığı (e-taxes, statistika);
– Əmək haqqı hesablanması;
– Mal-material ehtiyatlarının uçotunun aparılması, sənədləşmələrinin hazırlanması;
– Alğı-satqı müqavilələrinin və həmin müqavilələr üzrə alt sənədlərin (təhvil-təslim aktı, qiymət razılaşma protokolu və s.) hazırlanması;
Namizədlərə tələblər:
– Təhsil: Ali
– İş təcrübəsi: 1-3 il
İş rejimi:
– Həftədə 6 gün, həftə içi 09:00-18:00, şənbə günü 10:00-15:00 , bazar istirahət
– Nahar fasiləsi: 13:00 – 14:00
Əmək haqqı:
– Aylıq məvacib 600 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Mühasib köməkçisi” qeyd edərək office@euroservise.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur