inline Loqo İşə Qəbul 2023: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı-dan İş Elanları və Vakansiyalar

Loading

Müştəri Əlaqələri üzrə İşçi tələb olunur

5/5 - (1 səs)

FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı Kürdəmir filialında Vakansiya: Müştəri Əlaqələri üzrə İşçi tələb olunur

Vəzifə öhdəlikləri:
– Təşkilatda Ön Ofis xidmətlərinin və Baş Ofis Departamentləri/Şöbələri ilə filialın səmərəli əməkdaşlığın təminatçısı olan Müştəri Əlaqələri üzrə İşçi, təşkilatın təqdim etdiyi kreditlərin verilməsi prosesinə qüsursuz dəstək göstərir.
– Bu dəstək çərçivəsində Müştəri Əlaqələri üzrə İşçi həmçinin, Baş Ofis Departamentləri/Şöbələri ilə filialın koordinasiyalı işinin nəticəsində yüksək keyfiyyətli müştəri xidmətlərini göstərməklə tamamlanması, çoxsaylı müştəri müraciətlərini cavablandırmaq və ona, inzibati və sturuktur istiqamətli aidiyyatı olan işlərin keyfiyyətlə/zamanında icrası üzrə cavabdehdir.
– Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək;
– Kredit üçün müraciət etmiş müştərilərin müraciətlərinin keyfiyyətlə və zamanında qəbulunu təmin etmək və bu müraciətləri təlimat üzrə aidiyyatı şöbələrə operativ çatdırmaq;
– Kreditlərin rəsmiləşdirilməsi, sənədləşdirilməsi və müştərilərə çatdırılma kanallarını dəstəklə təmin etmək;
– Təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə filialın inzibati işlərini icra etmək və arxiv funksiyasını idarə etmək;
– Tələb olunan hesabatları hazırlamaq və birbaşa menecerinə təqdim etmək;
– Təşkilat tərəfindən təşkil olunmuş bütün müvafiq təlim fəaliyyətlərində və seminarlarda fəal iştirak etmək;
– Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə səmərəli əməkdaşlıq qurmaq;
– Digər öhdəlik və tapşırıqları keyfiyyətlə/zamanında icra etmək;

Namizədlərə tələblər:
– Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili;
– Müştəri Xidmətləri və Ofis işləri üzrə ən azı 6 aylıq iş təcrübəsi;
– MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;
– Kreditvermə sahəsində başlanğıc səviyyədə biliklərin olması arzuolunandır;
– Məsuliyyətli və təşəbbüskar olmaq;
– İşgüzar və aktiv olmaq;
– Yüksək ünsiyyət qurma və məlumat əldə etmək bacarıqları;
– Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı;
– Dil Bilikləri: Səlis Azərbaycan dili bilikləri, fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları;

Üstünlüklər:
– Həyat Yığım sığortasından istifadə etmək imkanı,
– Tibbi Sığorta (işçini əhatə edən),
– Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü haqqı,
– Peşəkar beynəlxalq iş mühiti,
– Peşəkar İnkişaf imkanları
– təlimlərdə iştirak, sertifikasiyalar

Əmək haqqı:
– namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən olunacaqdır
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Müştəri Əlaqələri üzrə İşçi” qeyd edərək https://qlor.me/lp14vni5h ünvanına əlavə edib göndərə bilərlər.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur

YouTube video

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

XİDMƏT

Xadimə, Resepşn, Təmizlikçi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

Son iş elanları və vakansiyalar

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!