ATB Bank Müştəri Əlaqələrinin İdarə edilməsi Mərkəzində Vakansiya: Mütəxəssis tələb olunur
Vəzifə öhdəlikləri:
– Zənglərin qəbulu və yönləndirilməsi
– Müştərilərin sorğularının cavablandırılmsı
–Online daxil olan Kredit və Kart sifarişlərinin ilkin təhlili
– Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumatların verilməsi
Qeyd: Mərkəz fasiləsiz fəaliyyət göstərdiyi üçün iş qrafiki növbəlidir (həmçinin gecə növbəsi mövcuddur).
Namizədlərə tələblər:
– Ali və orta ixtisas təhsili
– Səlis Azərbaycan dili, yaxşı səviyyədə rus dili biliyi (İngilis dili arzuolunandır)
– Yüksək ünsiyyətqurma və dinləmə bacarığı
– Operativlik və dəqiqlik
– Komanda tərkibində işləmə bacarığı
– MS Office proqramlarından istifadə bacarığı
İş Rejimi:
– Növbəli iş qrafiki ilə işləyə bilmə imkan
Əmək haqqı:
– namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən olunacaqdır
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Müştəri əlaqələrinin idarə edilməsi mərkəzində mütəxəssis” qeyd edərək https://qlor.me/loy7vxqqo ünvanına əlavə edib göndərə bilərlər.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur
