Loqo İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Azərbaycan Hava Yolları - AZAL-da İş Elanları və Vakansiyalar
Vakansiya haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün səhifəni sona kimi aşağı sürüşdürün və müraciət üçün bölməsində qeyd olunmuş whatsapp nömrəsinə ya da epoçt ünvanına CV göndərin

Loading

Müştəri Münasibətlərinin İdarəedilməsi üzrə Ekspert tələb olunur

4.6/5 - (8 səs)

Azərbaycan Hava Yolları (AZAL) Vakansiya elan edir: Müştəri Münasibətlərinin İdarəedilməsi üzrə Ekspert tələb olunur

Vəzifə öhdəlikləri:
– Hədəf auditoriyalara dataya əsaslanan CRM kampaniyası üçün biznes məqsədlərinə uyğun innovativ ideyaların yaradılması;
– Mövcud CRM kampaniyalarını/proseslərini təhlil etmək və onları sənayənin ən yaxşı təcrübələri ilə müqayisə etmək;
– Ən yaxşı bazar təcrübələrini və rəqiblərin CRM strategiyalarını analiz və müqayisə etmək;
– Müştəri məlumat bazalarını demoqrafik, davranış və seçimlərə əsaslanaraq kampaniyalara uyğun strateji seqmentləşdirmək;
– Fərdi kampaniyalar üçün müştəri məlumatlarından istifadə edərək fərdiləşdirilmiş əlaqə planları yaratmaq, fərdiləşdirilmiş üsulları tətbiq etmək;
– Təmas nöqtələrini və fərdi yanaşma imkanlarını müəyyən etmək, CRM alətlərindən səmərəli istifadə etməklə müştəri təcrübəsini optimallaşdırmaq üçün müştəri yolu xəritələrini hazırlamaq və təkmilləşdirmək;
– Metriklərə nəzarət etmək və optimallaşdırmaq üçün kampaniya performansını təhlil etmək;
– Hər bir kampaniya üçün əsas performans göstəricilərini (KPI) qurmaq və onlara real vaxt rejimində nəzarət etmək;
– Davamlı təkmilləşmə üçün CRM kanalları vasitəsilə müştəri rəylərini toplamaq;
– Yeni CRM alətləri və metodologiyalarını tövsiyə və tətbiq etmək;
– Düzgün qərarların qəbulu üçün məlumat tapıntılarının ümumi biznes məqsədləri ilə uyğunlaşdırılması;
– Ən yaxşı CRM təcrübələri və sənaye yenilikləri haqqında məlumatlı olmaq;

Namizədlərə tələblər:
– CRM sistemləri və praktikaları dərindən tətbiq edilən CRM rollarında, məsul vəzifələrdə minimum 5-7 il olmaqla iş təcrübəsi;
– Salesforce, Microsoft Dynamics və ya digər oxşar platformalarda CRM sistemlərinin tətbiqi və idarə edilməsində təcrübə;
– CRM təşəbbüsləri üçün strateji planların işlənib hazırlanması və icrası, onları təşkilatın məqsəd və vəzifələri ilə uyğunlaşdırmaq bacarığı;
– Müştəri məlumatlarını idarə etmək, məlumatların bütövlüyünü təmin etmək və CRM sistemi daxilində məlumatların idarə edilməsi təcrübələrini həyata keçirmək bacarığı;
– Təşkilat üzrə fasiləsiz məlumat axınını təmin etmək üçün CRM sistemlərinin digər biznes proqramları və platformaları ilə inteqrasiyası təcrübəsi;
– CRM datalarını analiz etmək, hesabatlar yaratmaq və müştəri cəlb edilməsini və biznes nəticələrini optimallaşdırmaq üçün ehtiyac olan yüksək analitik bacarıqlar;
– Müştəri təcrübələrini artırmaq və müştəriləri saxlamaq üçün CRM sistemi daxilində müştəri yolunun xəritələşdirilməsi və optimallaşdırılması üzrə təcrübə;
– CRM peşəkarlarından ibarət komandaya rəhbərlik etmək və onlara mentorluq etmək, əməkdaşlığı təşviq etmək və CRM strategiyalarının uğurla həyata keçirilməsini təmin etmək üçün yüksək liderlik bacarıqlarına sahib olmaq;
– Mürəkkəb CRM konsepsiyalarını həm texniki, həm də qeyri-texniki maraqlı tərəflərə effektiv şəkildə çatdırmaq, həmçinin “end-user”-lər üçün təlim sessiyalarını küçirmək məqsədilə mükəmməl ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar;
– İş təcrübəsi: 5-7 il

İş Rejimi:
– İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
– Şənbə və bazar qeyri-iş günüdür;
– Bayram və matəm günləri qeyri-iş günüdür;
– Nəqliyyat şirkət tərəfindən təmin olunur;
– İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu.

Əmək haqqı:
– müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Müştəri Münasibətlərinin İdarəedilməsi üzrə Ekspert” qeyd edərək https://qlor.me/ls7xbxhvqs ünvanına əlavə edib göndərmələri xahiş olunur.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

XİDMƏT

Xadimə, Resepşn, Təmizlikçi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

Son iş elanları və vakansiyalar

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!