İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı-dan İş Elanları və Vakansiyalar

Loading

Müştəri Müraciətləri üzrə İşçi tələb olunur

4.6/5 - (7 səs)

FINCA Azerbaijan Vakansiya elan edir: Müştəri Müraciətləri üzrə İşçi tələb olunur

Vəzifə öhdəlikləri:
– Müştərilərdən birbaşa və ya dövlət orqanları vasitəsi ilə Təşkilatın müştəri şikayətləri kanalına daxil olan yazılı və şifahi müraciətləri qəbul edir, qeydə alır və müvafiq Hüquqşünasın nəzarətində cavablandırılmasını təmin edir;
– Müştərilərin məlumatlandırılması məqsədilə onların hüquq və öhdəlikləri, o cümlədən müraciətlərə baxılması prosesi barədə sənədləri hazırlayır, həmin sənədlərin əlçatanlığını və müştərilərə izah edilməsini təmin edir;
– Müraciətlərin xarakterindən asılı olaraq Müştərilərlə şifahi danışıqlar aparır və görüşlər təşkil edir, müvafiq Hüquqşünasın nəzarətində onlara müraciətləri üzrə məsləhət və izahatlar verir;
– Müraciətlərin araşdırılması məqsədi ilə aidiyyəti struktur bölmələrlə operativ məlumat mübadiləsi aparır, sorğular verir, aidiyyəti sənədləri tələb edir, onlardan yazılı və şifahi arayışlar və məlumatlar alır;
– Müştəri xidməti ilə əlaqədə olan əməkdaşlara, müştərilərin şikayətlərinin toplanması və struktur bölməyə ötürülməsi, istehlakçılarla davranış və digər mövzularda təlimlərin keçirilməsini təmin edir;
– Müştərilərdən daxil olan şikayətlərin reyestrdə qeydiyyatını aparır, reyestrdə olan məlumatları daxil olma dövrünə və xarakterinə uyğun icmallaşdırır;
– Fəaliyyətinə və istehlakçı şikayətlərinin əsas səbəblərinə dair statistikanın aparılmasını və ümumiləşdirilməsini təmin edir;
– Müştərilərlə hüquqlarının, qanuni mənafelərinin və istehlakçılarla münasibətlərdə etik davranış qaydalarının pozulması hallarının aşkarlanması üçün müvafiq Hüquqşünasın nəzarətində araşdırma aparır və çatışmazlıqların aradan qaldırılması istiqamətində Hüquq Departamenti Rəhbərinə müvafiq təkliflər hazırlayır;
– Birbaşa Rəhbəri tərəfindən müəyyən edilmiş digər öhdəlikləri icra edir.

Tələb olunan bilik və bacarıqlar:
– Ali təhsil (Hazırda Bakalavr dərəcəsini bitirməkdə olan namizədlər müraciət edə bilər);
– İş təcrübəsi tələb edilmir (Müştərilərlə iş sahəsində könüllü təcrübənin olması üstünlükdür);
– Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
– Rus və ya İngilis dilində orta danışıq və yazı qabiliyyətinə malik olmaq üstünlükdür;
– Zərurət olarsa Regionlara səfər etmək imkanına malik olmaq;
– MS Office proqramlarını yaxşı bilmək;
– Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

İş rejimi:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş saatları: 09.00-dan 18.00-kimi
– İş yeri: FINCA Azerbaijan baş ofis

Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Müştəri Müraciətləri üzrə İşçi” qeyd etməklə BU LİNKƏ əlavə edib göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

0
Sualınız varsa - şərh yazınx
()
x

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!