Aqrar İnnovasiya və Təchizat Şirkətində Vakansiya: Müştəri Xidmətləri üzrə Assistent tələb olunur
Vəzifə öhdəlikləri:
– Müştəri müraciətlərinin cavablandırılması və lazımi məlumatların təqdim edilməsi;
– Müştəri müraciətlərinin müvafiq struktur bölməyə yönləndirilməsi;
– Satış ilə bağlı müraciətlərin prosedurlara uyğun emal edərək, satış şəbəkəsinə ötürülməsi;
– Sorğuların keçirilməsində iştirak edilməsi.
Namizədlərə tələblər:
– Təhsil: Ali təhsil;
– Çağrı mərkəzi, müştəri xidmətləri və ya satış sahəsində 1 illik iş təcrübəsi olmalı;
– Azərbaycan dili səlis, rus dili biliyi arzuolunandır;
– Müştərilərlə əlaqələrin idarə edilməsi və satış sahəsində sertifikat üstünlükdür.
İş Rejimi:
– İş qrafiki: Növbəli;
– İş yeri: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Əmək haqqı:
– maaş 500-554 manat təşkil edir (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən olunacaqdır)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Müştəri Xidmətləri üzrə Assistent” qeyd edərək hr@aisco.az epoçt ünvanına göndərə bilərlər.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur
