Xəyal Adası – Dreamland Baku Vakansiya elan edir: Müştəri xidmətləri üzrə mütəxəssis tələb olunur
Vəzifə öhdəlikləri:
– Müştərilərə müəssisənin xidmətləri barədə məlumat vermək;
– Təklif olunan bütün kompleks xidmətlərini və kampaniyalarını təşviq etmək;
– İşlətmənin korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirtmək;
– Müştərilərə məhsul/qiymət/kampaniya ilə bağlı təmkinli şəkildə düzgün məlumat vermək;
– Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və müvafiq şöbələrə yönəltmək;
– Daxil olan şikayətlərin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması, müştəriləri məmnuniyyəti sorğusunun aparılması;
– Satış komandası ilə birgə cədvəllərin və mühüm sənədlərin yaradılması, qaydada saxlanılması və mütamadi olaraq yenilənməsi
– Yeni məlumatları məlumat bazasına əlavə etmək və mövcud məlumatlardakı dəyişiklikləri yeniləmək;
– Müştəri məmnuniyyətinin əldə olunması üçün xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq;
– Müəssisə ve müştərilərin məlumat məxfiliyini qorumaq və müştərilərlə nəzakətli ünsiyyətdə olmaq;
Namizədlərə tələblər:
– Ali təhsili olmalı;
– Komandada işləmək bacarığı olmalı;
– İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı;
– Müştəri xidmətləri sahəsi üzrə 1-2 il iş təcrübəsi olmalı;
– Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
– Mükəmməl ünsiyyət və təqdimat bacarığı olmalı.
– MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
İş Rejimi:
– İş yeri: Dreamland Baku
Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd edərək cv@azersun.com e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur