İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
City Park Mall-dan İş Elanları və Vakansiyalar

Loading

Nəzarətçi tələb olunur

5/5 - (5 səs)

City Park Mall Vakansiya elan edir: Nəzarətçi tələb olunur

Vəzifə öhdəlikləri:
– Obyektlərin və maddi dəyərlilərin mühafizəsi;
– Şirkət ərazisinə daxil olan və şirkət ərazisini tərk edən müəssisəyə məxsus yük nəqliyyat vasitələrinin yükü təsdiq edən sənədlərinə nəzarət;
– Şirkət ərazisinə giriş-çıxış edən tədarükçülərə məxsus nəqliyyat vasitələrinə nəzarət;
– Şirkətə məxsus Təhlükəsizlik/İzləmə Video Kameralarına nəzarət
– Şirkət daxili təhlükəsizlik nəzarəti;
– Təhlükəli vəziyyət yarandığı hallarda müvafiq tədbirlərin görülməsi;
– Xidməti zərurətlə əlaqədar müvafiq jurnallar, blanklar və kitablarda qeydiyyat aparılması;
– Daxili təhlükəsizlik qaydalarına əmək olunmasına nəzarət etmək;
– Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək; Müəssisəyə gələn qonaqlara etik normalar əsasında davranma, gülərüz münasibət göstərmək;
– Növbə zamanı ona tapşırılmış ərazini tam nəzarətdə saxlamaq və növbəni təlimata uyğun qaydada aparmaq;
– Növbə zamanı xüsusi geyim formasında olmaq;
– Şirkətin daxili nizam-intizam və etik davranış qaydalarına riayət etmək;
– Yanğın və şəxsi təhlükəsizlik qaydalarına əməl etmək.

Namizədlərə tələblər:
– Həqiqi hərbi xidməti başa vurmuş;
– Azərbaycan dilində sərbəst danışmağı bilmək;
– Çevik və doğru qərar vermə bacarığı;

İş Rejimi:
– Növbəli iş qrafiki (2 gün iş 1 gün ev);
– Yalnız gündüz növbəsi;
– Forma və nahar şirkət tərəfindən verilir;
– Karyera inkişafı şansı;

Əmək haqqı:
– Aylıq məvacib 550 manat NET təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Nəzarətçi” qeyd edərək cv@citypark.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

×

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!