Melissa Group-dan Vakansiya: Nəzarətçi tələb olunur
Vəzifə öhdəlikləri:
– Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək
– Buraxılış nəzarət sisteminin həyata keçirilməsi
– Müəssisə ərazisini nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək
– Daxili təhlükəsizlik qaydalarına əmək olunmasına nəzarət etmək
– Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək
– Hadisələrə qarşı diqqətli davranmaq
– Başverən hadisə barədə növbə rəisini mütəmadi olaraq məlumatlandırmaq
– Ərazini vaxtaşırı gəzmək, vəzifələrin icrasını həyata keçirmək
– Əraziyə gələn qonaqlarla etik normalar əsasında davranma, gülərüz münasibət göstərmək
– Tapşırılan ərazidə yerləşən obyektləri daim nəzarətdə saxlamaq
– Xidmət zamanı baş verən hallar barədə növbə rəisinə məruzə etmək
– Növbə zamanı ona tapşırılmış ərazini tam nəzarətdə saxlamaq və növbəni təlimata uyğun qaydada aparmaq
– Növbə zamanı xüsusi geyim formasında olmaq
– Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək
– Şirkətin daxili nizam-intizam və etik davranış qaydalarına riayət etmək
– Obyekt daxilində müştəriyə yardımçı olmaq, lazım gəldiyi təqdirdə istiqamətləndirmə və məlumatlandırma işini görmək
– Yanğın və şəxsi təhlükəsizlik qaydalarına əməl etmək
Namizədlərə tələblər:
– Yaş: 20-40
– Cinsi: kişi
– Boyu: 170 sm
– Həqiqi hərbi xidməti başa vurmuş
– Təhsili: Tam orta və ya peşə təhsili
– Azərbaycan dilində sərbəst yazmaq, oxumaq, və danışmağı bilməsi vacibdir
– Rus dilini bilməsi üstünlükdür
– Çevik və doğru qərar vermə bacarığı
– Məhkumluluğunun olmaması
İş Rejimi:
– İş saatı: Növbəli iş qrafiki ilə təyin olunur
Əmək haqqı
500-600 manat
Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Nəzarətçi” qeyd edərək gunash.babayeva@melissagroup.az ünvanına göndərə bilərlər.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur
