İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Defacto mağazalar şəbəkəsi-dan İş Elanları və Vakansiyalar

Loading

Növbətçi (Əhmədli filialı üzrə) tələb olunur

4.9/5 - (8 səs)

DeFacto brendinə aid geyim mağazası Vakansiya elan edir: Növbətçi tələb olunur

Vəzifə öhdəlikləri:
– Mağazada müştərilən giriş-çıxışına nəzarət etmək. Mağazaya giriş-çıxış zamanı hər hansı səbəbdən quraşdırılmış həyəcan siqnalı işə düşərsə, dərhal müştərinin çanta və ya bağlamasının nəzakətli formada yoxlanılmasını təmin etmək;
– Mağazanın satış ərazisində, kassa bölməsində sui-istifadə hallarının olmaması üçün davamlı nəzarəti həyata keçirmək;
– Müştərilər tərəfindən geri qaytarılan məhsulların yoxlanılmaq, qeydiyyatın aparılması və bu sahəyə birbaşa nəzarəti həyata keçirmək;
– Mağazada satışa çıxarılmış malların üzərində oğurluq hallarına qarşı həyəcan siqnallarının olmasını davamlı olaraq yoxlamaq və nəzarətdə saxlamaq;
– İş gününün sonunda mağazadan çıxış zamanı mağaza işçilərinin çantalarının itki və oğurluq hallarına qarşı yoxlanılmasını təmin etmək;
– Baş verə biləcək oğurluq və itki hallarının öncədən qarşısının alınması üçün vaxtında lazımi tədbirlər görmək, yaranmış oğurluq və itki hallarına görə məsuliyyət daşımaq;
– Mağaza ərazisində şübhəli hal və ya şübhəli bağlama müəyyən etdikdə dərhal baş nəzarətçi və mağaza müdirinə məlumat vermək;
– Görülən işlər barədə mağaza rəhbərliyinə və baş nəzarətçiyə mütəmadi olaraq müvafiq məlumatları təqdim etmək;
– Şirkətin prosedurları, qaydaları və təlimatlarına uyğun fəaliyyət göstərmək;
– İşçi iclaslarında və təlimlərində iştirak etmək;
– Rəhbərlik və Təhlükəsizlik şöbəsinin meneceri tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirmək.

Namizədlərə tələblər:
– Yaş həddi: 24-30;
– Təhsil: Orta və ya ali təhsil
– Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərini bilməsi arzuolunandır;
– Hərbi xidmət keçmiş olması mütləqdir;
– Fiziki sağlam; (aktiv şəkildə idmanla məşğul olan);
– Cins: kişi;

İş rejimi:
– İş qrafiki: Növbəlİ
– İş yeri: DeFacto brendinə aid geyim mağazası Əhmədli filialı

Əmək haqqı:
– Aylıq məvacib 450 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Növbətçi” qeyd etməklə hr.brandmart@agagroup.az epoçt ünvanına əlavə edib göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

×

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!