AFB Bank Vakansiya elan edir: Ödəniş kartları üzrə baş mütəxəssis tələb olunur
Vəzifə öhdəlikləri:
– Müştərilərə bankın məhsul və xidmətləri barədə məlumat verilməsi və satışının həyata keçirilməsi;
– Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun olaraq bank hesablarının açılması, bu hesablar üzrə əməliyyatların həyata keçirilməsi;
– Müxtəlif xidmət sahələri (əmanət, bank kartları, qiymətli metallar, pul köçürmələri və bank seyfi ilə bağlı əməliyyatlar) üzrə müştərilərin müraciətlərini qəbul etmək və müvafiq əməliyyatları həyata keçirmək;
– Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərilməsi;
– Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
– Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
– Müştərilərin hesabları üzrə tələb etdikləri məlumat və sənədləri hazırlayıb təqdim etmək.
Tələb olunan bilik və bacarıqlar:
– Ali təhsil;
– Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
– Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı ,ingilis dilini bilmək arzu olunandır;
– MS Office proqramlarında işləmək bacarığı;
– Yüksək səviyyədə ünsiyyət bacarıqları;
– Komandada işləmək bacarığı.
İş rejimi:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 09.00-dan 18.00-kimi
Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Ödəniş kartları üzrə baş mütəxəssis” qeyd edərək cv@afb.az e-poçt ünvanına əlavə edib göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur