İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Swissdent klinikasından İş Elanları və Vakansiyalar

Loading

Ofis menecer-Koordinator tələb olunur

4.1/5 - (13 səs)

SWISSDENT stomatoloji klinika-dan İş elanı: Koordinator (Ofis menecer) tələb olunur

Vəzifə öhdəlikləri:
– Pasiyentlər üçün komfortlu, planlı və sürətli müalicə şəraitinin təşkili və təmini
– Pasiyentlərlə klinika daxili və müalicə sonrası ünsiyyətin qurulması
– Ziyarət zamanı pasiyentlərin klinika daxili hərəkətinin təşkili və nəzarətdə saxlanılması
– Müalicə planının qeydiyyatı və müvafiq qaydada tərkibi, mərhələləri, ödəniş üsulları haqqında pasiyentlərin məlumatlandırılması
– Xəstələrin müayinəsi və müalicəsi zamanı həkimi müşayiət
– CRM sistemə uyğun iş planının təmini
– Xəstələrə klinika xidmətlərinin və müalicə variantlarının təqdimi və satışının təmini
– Xəstələrin yeni xidmətlər və ya kampaniyalar haqqında məlumatlandırılması
– Xəstə məmnuniyyətinin və loyallığının təmini və artırılması
– Tələb olunduğu qaydada müvafiq hesabatların hazırlanması

Namizədlərə tələblər:
– Ali təhsil
– MS Office (Word, Excel, Outlook) proqramlarında sərbəst işləmə bacarığ
– Azərbaycan dilini sərbəst, Rus dilini danışıq səviyyəsində bilmək, İngilis dili arzu olunandır
– Mükəmməl səviyyədə müştəriyönümlülük və ünsiyyət qabiliyyəti (səlis nitq, empatiya qurma, dinləyicilik)
– Təşkilatçılıq və problem həll etmə bacarığı
– Biznes etikaya həssaslıq, stressə davamlılıq, komandada işləmə qabiliyyəti
– Sənəd dövriyyəsi və ERP sistemlərlə iş bacarığı və təcrübəsi arzu olunandır
– Satış və marketinqdə iş təcrübəsi üstünlükdür

İş rejimi:
– İş günləri: 6 günlük iş rejimi;
– İş saatı: 09:00 – 19:00;

Əmək haqqı:
– Aylıq məvacib 500 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Koordinator” qeyd edərək hr@swissdent.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

×

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!