Bank Respublika ASC Onlayn satış kanalları ilə iş şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– Onlayn kanallardan daxil olan sifarişlərin ilkin təhlil edilərək proqram təminatında qeydiyyatının aparılması;
– Bankın mövcud məhsul və xidmətləri barəsində müştərilərə zəng vasitəsi ilə təklif verilməsi, satışının həyata keçirilməsi;
– Müştəri bazasının hazırlanması və yeni müştərilər cəlb edilməsində dəstək verməsi.
Namizədlərə tələblər:
– Ali təhsil;
– Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili arzuolunan;
– MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
– Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
– Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
– Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
– Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı.
QEYD: Teles satış (Soyuq zənglər) sahəsində çalışanlara üstünlük veriləcək
Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Onlayn satış kanalları ilə iş şöbəsinin mütəxəssisi” qeyd edərək BU LİNKƏ göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur