İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Polymart MMC-dan Real İş Elanları və Aktiv Vakansiyalar

Loading

Operator (bəy) tələb olunur

5/5 - (7 səs)

Polymart MMC Operator vəzifəsi üzrə vakansiya elan edir

Vəzifə öhdəlikləri:
– Operator növbə ərzində təhkim olunduğu xəttdə xammalın xəttə verilməsindən başlayaraq hazır məhsulun KNŞ nəzarətçisi tərəfindən qəbul olunmasına qədər bütün mərhələlərə cavabdehdir.
– Operator növbəni qəbul edən zaman xəttdə istehsal olunan məhsulun parametr və ölçülərini, istehsal sürətini, istifadə olunan xammalın markasını ustadan öyrənməli və yadda saxlamalıdır.
– Operator istehsal prosesi zamanı makinanın işləməsinə, istehsal xəttində olan bütün ölçmə vasitələrinin (monometr, ampermetr, termo tənzimləyici, voltmetr, termometr və s.) göstəricilərinə nəzarət etməli, hər hansı kənara çıxma olduqda dərhal ustaya məlumat verməlidir.
– Operator növbə ərzində işlədiyi xəttdə makinanın deposunun (bunker) daim xammalla dolu olmasına, makinanın istilik bölgələrinin düzgün işlənməsinə, soyutma sisteminin işlək vəziyyətdə olmasına nəzarət etməlidir.
– Operator istehsal olunan məhsula daim vizual baxış keçirməli, hər hansı bir qusur aşkar etdikdə KNŞ nəzarətçisinə və ustaya məlumat verməli, boruların uclarının düz və tilişkəsiz kəsilməsini təmin etməlidir.
– Operator növbə ərzində istehsal olunan məhsulun uçotunu aparmalı və növbənin sonunda KNŞ nəzarətçisinə məlumat verərək raporta imza atmalıdır.
– Operatorun təhkim olunduğu xəttdə növbə ərzində hər hansı yeni məhsul istehsal olunarsa operator xəttin tənzimlənməsində və yeni məhsulun istehsal olunmasında növbə ustasına yaxından kömək etməlidir.
– Operator növbə ərzində təhkim olunduğu ekstruziya xəttində istehsal olunan boruların divar qalınlıqlarının, diametrinin, ovallığının, paqon metrəsinin və digər parametirlərinin qəbul olunmuş standartlar çərçivəsində olmasına cavabdehdir.
– Operator növbəni qəbul etdikdə xətti təmiz qəbul etməli, xəttin ətrafında hərəkətə mane ola bilən hər hansı əşyanın olmamasına diqqət yetirməli və növbənin sonunda xətti təmiz və səliqəli vəziyyətdə təhvil verməlidir.

Namizədlərə tələblər:
– Yalnız kişi namizədlər
– Təhsil : Ali
– İş Təcrübəsi : 1 ildən 3 ilə kimi.

İş rejimi:
– İş qrafiki: Həftədə 5 gün iş, 2 gün istirahət;
– İş saatı: 09.00-dan 18.00-kimi

Əmək haqqı:
– Aylıq məvacib 600 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Operator” qeyd edərək office@polymart.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur

Loading

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!