Salyan Pivə Zavodu “Operator” vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– İstehsalatda xüsusi avtomatlaşdırılmış cihazların, maşınların işinin tənzimlənməsini həyata keçirmək;
– Gündəlik istehsal olunacaq məhsulların məlumatlarını qəbul edərək avtomatlaşdırılmış avadanlıqları proqramlaşdırmaq və istehsal prosesini başlatmaq;
– İstehsalat zamanı avadanlıqlarda yaranan texnoloji problemləri analiz etmək;
– İstehsal avadanlıqlarının texniki istismar qaydalarına uyğun işləməsinə nəzarət etmək;
– Hissələrdə olan qüsurları və ya avadanlıqlarda olan nasazlıqları aşkar etmək məqsədilə maşınların işləməsinə nəzarət etmək və ya müşahidələr aparmaq;
– İstehsal avadanlıqlarının texniki istismar qaydalarına uyğun işləməsinə nəzarət edərək hansı bir nasazlıq olduqda mühəndisə və ya sex rəisinə dərhal məlumat vermək;
Namizədlərə tələblər:
– Ali texniki təhsil;
– Operator kimi 1 il iş təcrübəsi arzu olunandır;
– Avadanlıqların istifadə qaydalarına düzgün riayət etmək üçün texniki bilik və bacarıqlara sahib olmalı;
– Kollektivlə işləmə bacarığı
– İnkişafa meyilli
– Analitik düşüncə
İş rejimi:
– İş yeri: Salyan Pivə Zavodu
– İş saatı: 09.00-dan 18/00-kimi
– İstirahət günləri: 2 gün(həftədə).
Əmək haqqı:
– Aylıq məvacib 500-600 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Operator” qeyd edərək hr@salyanbrewery.com e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur