İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Azərbaycan Hava Yolları - AZAL-da İş Elanları və Vakansiyalar

Loading

Portye tələb olunur

4.2/5 - (10 səs)

AZAL Rəsmi Şəxslərə,Nümayəndələrə və VİP Sərnişinlərə xidmət üzrə Baş İdarəsi Vakansiya elan edir: Portye tələb olunur

Vəzifə öhdəlikləri:
– Rəsmi VİP zalə və “AZAL Lounge” zalında avtonəqliyyat vasitəsilə gələn sərnişinləri qısamüddətli keçiddə qarşılamaq,baqajları qəbul edərək zala gətirmək;
– Rəsmi VİP zalə və “AZAL Lounge” zalında qeydiyyatı həyata keçirən mütəxəssisin nəzarəti altında baqajların çəkisini tərəzidə ölçmək,mütəxəssisin nəzarəti altında baqajların üzərinə baqaj birkalarının bərkidilməsini həyata keçirmək;
– “AZAL Lounge” zalında qeydiyyatdan keçmiş baqajları ümumi zalda baqaj lentinin üzərinə qoymaq,Rəsmi VİP zalında peron ərazisində yükdaşıyana təhvil vermək;
– Rəsmi VİP zalının sərnişinlərinin baqajlarının təyinatından asılı olaraq 1 və 2 saylı Terminala daşınması üçün həmin zala təhkim olunmuş avtonəqliyyat vasitəsini vağzalyanı ərazidə müvafiq marşruta əsasən idarə etmək.

Namizədlərə tələblər:
– Təhsil tələbləri: Orta təhsil;
– Dil bilikləri: Azərbaycan dili-səlis, ingilis dili-yaxşı
– Sürücülük vəsiqəsi (Kateqoriya B)
– Qərar vermə bacarığı;
– Problemləri həll etmə bacarığı;
– Təqdimat bacarığı;
– Şifahi ünsiyyət bacarığı;
– İşə tez uyğunlaşma qabiliyyəti;
– Komandada işləmə bacarığı;
– Dəyişikliklərə uyğunlaşma bacarığı.

İş Rejimi:
– İş qrafiki: Növbəli iş rejimi.
– İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı.

Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Portye” qeyd edərək BU LINKƏ göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

×

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!