Qarabağ Universiteti İngilis dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– təhsil proqramları, sillabuslar, dərs planları, tədris materialları, qiymətləndirmə alətlərinin hazırlanması və (ya) təkmilləşdirilməsi prosesində iştirak;
– müvafiq təhsil proqramlarına uyğun tədris fəaliyyətlərinin planlaşdırılması, hazırlanması və icrası;
– müvafiq təlim nəticələrinə nail olmaq üçün müasir tədris metodologiya və texnologiyalarından istifadə;
– tələbələrin nailiyyət və inkişafının qiymətləndirilməsi, konstruktiv rəyin verilməsi və onların fərdi tədris ehtiyaclarını qarşılamaq məqsədilə metodların uyğunlaşdırılması;
– müvafiq sahə üzrə ən yaxşı təcrübələri izləmək üçün peşəkar inkişaf imkanlarından istifadə;
– tələbələrin istirakçılığını təşviq edən və onların akademik, xarici dil bacarıqlarının inkişafını dəstəkləyən müsbət, inklüziv öyrənmə mühitinin təşkili;
– mərkəzin digər fəaliyyətlərinin təşkilinə dəstəyin verilməsi.
Namizədlərə tələblər:
– müvafiq sahə üzrə magistr ali elmi-ixtisas dərəcəsi (elmi dərəcə və ya elmi ad üstünlükdür);
– ingilis dilinin tədrisi üzrə minimum 5 il pedaqoji təcrübə (ali təhsil müəssisəsində olması üstünlükdür);
– dil proqramlarının hazırlanması və tədrisi üçün nəzərdə tutulan resursların formalaşdırılması ilə bağlı təcrübə;
– minimum C1 səviyyəsində ingilis dili biliyi (IELTS, TOEFL və s. beynəlxalq dil sertifikatlarının olması üstünlükdür);
– dil tədrisi üzrə sertifikatlardan (CELTA, TEFL, TESOL və s.) birinə malik olması;
– innovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
– tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
– yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları;
– tədqiqatçılıq bacarığı;
– davamlı peşəkar inkişafa maraq.
İş rejimi:
– İş qrafiki: Həftəlik 40 saatı əhatə edən tam ştat vəzifədir. Müəllimlərə təxminən 30 auditoriya saatı veriləcək, qalan iş vaxtında isə tədrislə bağlı hazırlıq və digər təyin edilən fəaliyyətlərlə məşğul olmaları gözlənilir.
– Qeyd 1: universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar.
– Qeyd 2: məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının qeyd olunması vacibdir. Bildiririk ki, yalnız müvafiq vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq
Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İngilis dili müəllimi” qeyd edərək karabakh@edu.gov.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur