Azərsun Holdinq MMC-dan Vakansiya: Qazanxana və Kompressor mütəxəssisi tələb olunur
Tələblər:
• Soyuducu və ya isidici qurğular, Mexanika mühəndisliyi sahəsində Ali təhsil
• Qazanxana və Kompressor istilik sistemləri sahəsində ən azı 1-2 il iş təcrübəsi ;
• Dövlət standartları, sahə üzrə texniki-normativ sənəd və metodikalarını bilməli,
• Fabrika su təsərrüfatı, yumşaq su hazırlama, təzyiqli hava, soyutma-isitmə sistemini və istehsal olan məhsulların xüsusiyyyətlərini, soyutma və isitmə texnologiya reglamentini bilməli,
• Qazanxana və kompressor sahə avadanlıq və təchizatların texnologiya layihəsinə uyğun montajı, demontajı və yer dəyişdirilməsi qaydalarını bilməli,
• Qazanxana və kompressor sahə avadanlıq, təchizat və ehtiyat hissələri konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilməli,
• Prosesin nəzarət və kritik nəzarət nöqtələrini, nəzarət metodlarını, proses parametrlərini təsbit etməyi bilməli,
• Prosesdəki uyğunsuzluqların texniki səbəblərini, lazımı tədbirləri almağı və uyğunsuzluqları aradan qaldırmağı bilməli,
• Yağ sənayesi və yağların xüsusiyyətlərini bilməli;
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Sumqayıt şəhəri
Müraciət üçün:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Qazanxana və Kompressor mütəxəssisi ” qeyd etməyiniz xahiş olunur.