İtaldizain Qəbul və qeydiyyat şöbəsinin işçisi (reception) vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– Cəmiyyətin inzibati binasına (baş ofisə) daxil olan qonaqların və/ və ya telefon ilə zəng edənlərin şəxsən nəzakətlə salamlayaraq, sorğularını cavablandırması, və ya istinad etməsi, lazım olduqda, aidiyyəti şöbə/departament işçilərin məlumatlandırılması;
– Ziyarətçiləri müvafiq döş nişanı (beydc) ilə təmin edərək, müvafiq şöbə/departament işçiləri ilə razılaşdırılaraq, istiqamətləndirilməsi, təlimat verməsi;
– Müvafiq prosedurlara əməl edərək, təhlükəsilzik qaydalarına riayət etməsi, qeydiyyat kitabına
– Prosedur qaydalara uyğun olaraq iş sahəsini təhlükəsiz və təmiz saxlaması;
– Təhlükəsilik prosedur qayda pozuntuları aşkarlandığı zaman ofis menecerə məruzə olunması;
– Ofis menecerin tapşırıqlarına vaxtında və dəqiq əməl etməsi;
– Gündəlik poçt göndərişlərini qəbul etməsi, çeşidləməsi və cavablandırması;
– Zəruri məlumatları telefon vasitəsilə, növbə sonunda gündəlik hesabatı ofis menecerinə elektron poçt vasitəsi ilə məruzə etməsi;
– Sənədlərin və gələn qonaqların qeydiyyatını aparması;
– Daxil olan və göndərilən sənədlərin qeydiyyatını aparması və istiqamət üzrə ünvanlandırması;
– Gələn müştərilərə müəssisə haqqında məlumat verməsi və qeydiyyata alması;
– Fövqəladə hallarda ofisdə olan bütün ziyarətçilərin və əməkdaşların təhlükəsiz yerə çıxması üçün məlumatlandırılması.
Namizədlərə tələblər:
– Yaş: 21-30
– Təhsil: Ali
– İş təcrübəsi: müvafiq sahədə ən azı 1 il
– Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), Ingilis dili (arzuolunadır)
– Biznes yazışma bacarıqları, biznes etikası bilikləri
– Microsoft Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı
– Böyük həcmli məlumatlarla işləmək
– İnzibatçılığı bacarığı
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq, analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmaq
İş rejimi:
– İş qrafiki: 5 günlük iş rejimi
– İş vaxtı: 10:00-dan 19:00-kimi
Əmək haqqı:
– Aylıq məvacib 600 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Reception” qeyd edərək cv@italdizain.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur