AzəriMed QSC Vakansiya elan edir: Qeydiyyatçı tələb olunur
Vəzifə öhdəlikləri:
– Telefon zənglərinin cavablandırılması və lazımi şəxslərə yönləndirilməsi;
– Müştəri sorğularının qeyd edilməsi və sorğuların müvafiq qaydada cavablandırılması;
– Müştəri sifarişləri və şikayətlərinə baxılması və müvafiq istiqamətlərə yönləndirilməsi;
– Müştərilərə tam, dəqiq və dolğun məlumat verilməsi
Namizədlərə tələblər:
– Yaş: 20-25
– Təhsil: Ali və ya orta ixtisas
– Təcrübə: Müvafiq sahədə iş təcrübəsi arzu olunandır;
– Dil bilikləri: Azərbaycan və Rus dilini əla səviyyədə bilməli;
– Kompüter bilikləri: MS Office programlarında istifadə etmə bacarığı;
– Gecə növbələrinə çıxa bilməli;
– Yüksək nitq mədəniyyəti
Əmək haqqı:
– Aylıq məvacib 400-450 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Qeydiyyatçı” qeyd etməklə cv@azerimed.com e-poçt ünvanına ya da (055) 455-84-04 Whatsapp nömrəsinə əlavə edib göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur