Mövenpick Winter Park Baku Qonaqlarla əlaqələr üzrə nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– Mehmanxananın məqsədini və dəyərlərini qorumaq üçün gələn ziyarətçilərə otelin vizyonunu düzgün şəkildə nümayiş etdirməli;
– Daimi sürətdə otelin ictimai xidmət standartlarına riayət etməli;
– Mehmanxanaya gələn bütün qonaqlara otel standartlarına uyğun olaraq lazımi məlumatları verməli, daima onlarla ünsiyyətdə olmalı və köməklik göstərməli;
– Qəbul və qeydiyyat şöbəsinin daxilində yaranmış məsələlərlə bağlı birbaşa rəhbərə tam və dəqiq məlumat verməli;
– Qonaqlarla əlaqələr üzrə fəaliyyət göstərən şöbədaxili digər əməkdaşlarla daima ünsiyyət halında olmalı və gərəkli məsələlərinin həllində iştirak etməli;
– Ziyarətçilərin mövcud tələblərinin və şikayətlərinin səmərəli sürətdə həll olunmasında əlaqədar şöbələrlə koordinasiya işləri aparmalı;
– Qonaqların şikayət və rəylərinin həll edilməsinə qabaqcıl rol oynamalı və bu əsasda gərəkli tədbirlərin görülməsini təmin etməli;
– VIP otaqların düzgün şəkildə tərtibatını təmin etməli və otaqlarla bağlı lazımi yoxlama işlərini həyata keçirməli;
– Qonaqların gəliş və gediş siyahısını tərtib etməli;
– Gündəlik və aylıq brifinq və ya iclaslarda fəal iştirak etməli və s.
Namizədlərə tələblər:
– Xanım namizəd olmalı;
– Yaş həddi 22-35 arası olmalı;
– Sahə üzrə ən azı 1 il iş təcrübəsi olmalı;
– Xidməti sektorda mükəmməl təşkilati bacarıqlarına malik olmalı;
– Problem həll etmə və düzgün qərar qəbul etmə bacarığına sahib olmalı;
– Azərbaycan, rus və ingilis dillərini yaxşı bilməli;
– Yüksək ünsiyyət bacarığına malik olmalı.
İş rejimi:
– İş qrafiki: Həftədə 5 gün iş, 2 gün istirahət;
– İş saatı: Növbəli rejim, 8 saatlıq iş;
Əmək haqqı:
– Aylıq məvacib 900 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Qonaqlarla əlaqələr üzrə nəzarətçi” qeyd edərək hr@Winterparkhotel.net e-poçt ünvanına ya da (050) 251-70-12 Whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur