Cinema Plus kinoteatr şəbəkəsindən Vakansiya: Reklam və toplu bilet satışı üzrə menecer tələb olunur
Vəzifə öhdəlikləri:
– Toplu bilet satışlarının və reklam yerlərinin satışının həyata keçirilməsi;
– Yeni müştərilərin axtarışı,
– potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması;
– Şirkətin müştəri bazasının artırılması;
– Müştərilərlə görüşlərin keçirilməsi, təkliflərin hazırlanması və təqdimatların keçirilməsi;
– Danışıqların aparılması; şərtlərin müzakirə olunması;
– Yeni əməkdaşlıq müqavilələrinin şərtlərinin razılaşdırılması və müqavilə layihələrinin hazırlanması;
– Struktur rəhbərinin təlimatına əsasən digər satış tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
Aşağıdakı tələblərə cavab verməyən şəxslərdən xahiş olunur müraciət etməsinlər.
– Ali təhsil
– Yaş həddi: 22-40 yaş
– Cins: qadın
– İş təcrübəsi: 3 ildən çox
– Azərbaycan və rus (ingilis arzuolunandır) dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.
– MS Office proqramları üzrə biliklər
– Nitq qabiliyyəti
– Təqdimat hazırlamaq və keçirmək bacarığı
– Planlama qabiliyyəti və yüksək təşkilatçılıq bacarığı
– İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı
– Fərdi və komandada işləmək bacarığı
– Punktuallıq, dəqiq və sürətli işləmək bacarığı
İş şəraiti və şərtləri:
– İş qrafiki: 10:00-19:00, həftənin bazar ertəsi – cümə günləri
– İstirahət günü: şənbə və bazar günləri
– İşçi korporativ nömrə ilə təmin edilir
– Nahar şirkət tərəfindən təmin edilir
– İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir
– Ə/h-dan əlavə bonus nəzərdə tutulub.
Müraciət üçün:
Maraqlananlar öz şəkilli CV formalarını karyera@cpoffice.az ünvanına göndərə bilər.
Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.
Tövsiyyə məktubunun olması arzuolunandır.