Badam D’Art Boutique Hotel Restoran administratoru vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək.
– Restoranın performansını izləmək və təkmilləşdirmək üçün müvafiq tədbirlər görmək
– Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsinə nəzarət etmək.
– Restoranda sənədləşmə işlərinin aparılması, hesabat sənədlərinin tərtibi və göndərilməsini təmin etmək.
– Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək.
– Restoran heyətini idarə etmək, təlimlər keçirmək və işçilərin inkişafını təmin etmək
– İşçi heyəti üçün vaxtlı vaxtında qiymətləndirmənin təşkil olunması təmin etmək.
– Məhsulları müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək.
– Restoranın müvafiq iş rejimi əsasında vaxtlı vaxtında açılmasını və bağlanmasını təmin etmək.
– Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək.
– Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarəti həyata keçirmək.
– Müştəri rəylərini izləmək və həll etmək
– Restoranın satış planının icrasını təmin etmək.
– Xərcləri idarə etmək.
– Restoranda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək
-SOP və daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək
– Lazım gəldikdə, müxtəlif vəzifələrdə komanda üzvlərinə kömək etmək
– Restoranin təmizliyinə və səliqəli saxlanılmasına cavabdeh olmaq
– Filialın texniki və təmirat ehtiyaclarını idarə etmək.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: 3 ildən 5 ilə qədər
İş rejimi
– İş vaxtı: 09:00-dan 19:00-kimi
– İş qrafiki: 6 günlük iş həftəsi
Əmək haqqı:
– Aylıq məvacib 1000-2000 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Restoran administratoru” qeyd edərək info@badamhotel.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur