OBA Marketlər şəbəkəsindən Vakansiya: Satıcı-kassir tələb olunur
Vəzifə öhdəlikləri:
• Alıcıya xidmət, malın təklifi və göstərilməsi,malın doğranması, çəkilməsi və bükülməsi, alınan malın dəyərinin hesablanması, kassa apparatının işlənməsi və çekin verilməsi;
• Malın alınma zamanı çeşidi, sayını, sortunu, qiymətini yoxlamaq və satışa hazırlamaq;
• Malın üzərində qiymətin yerləşdirilməsi;
• İşin axırında çekləri və pulu hesablamaq və təhvil vermək, satılmayan malları yığışdırmaq
• Alıcılarla korekt hərəkət etmək.
Vakansiya üzrə tələblər:
– Orta ixtisas təhsilli
– Məsuliyyətli olmalı
– Komandada işləmə bacarığı
– Stresə davamlı olmalı
İş haqqında məlumat:
-İş iki növbəlidir ;
-İş yeri müraciət edən şəxsin yaşayış yerinə əsasən müəyyən ediləcək.
Müraciət üçün:
Müraciət üçün CV-nizi cv@oba.az elektron poçt ünvanına müvafiq olaraq “Satıcı-kassir” başlığı ilə göndərməyinizi xahiş edirik.
Eyni zamanda Baş ofisə ( Hüseyn Cavid prospekti 202, D Bloku ) ünvanına yaxınlaşa bilərsiniz.