“Azərbaycan Hava Yolları” QSC (AZAL) Satınalmalar İdarəsində Vakansiya: Satınalma üzrə mütəxəssis tələb olunur
Vəzifə Öhdəlikləri:
Satınalmalar İdarəsinə daxil olmuş sorğular əsasında məlumatların analiz edilməsi, düzgünlüyünün yoxlanılması, müvafiq texniki göstəricilərin sifarişçilər ilə dəqiqləşdirilməsi;
Şirkətin satınalma qaydalarına uyğun olaraq tender, qiymət sorğusu, bazar araşdırması prosesinin aparılması;
Əldə edilmiş kommersiya və texniki təklifləri analiz etmək, texniki tələbləri sifarişçi ilə dəqiqləşdirmək, kommersiya təkliflərinin büdcə baxımından uyğunluğunu aydınlaşdırmaq;
Sifariş üzrə məsul olan bütün idarələrlə koordinasiyalı şəkildə çalışmaq;
Satınalma tələbnaməsi əsasında aparılmış sorğunun nəticəsinə uyğun olaraq müəyyən edilmiş şirkətlər ilə müqavilənin bağlanılması;
Mal material və xidmətlərin dəqiq və vaxtında çatdırılmasına nəzarət edilməsi;
Bitmiş sorğular üzrə şirkətlərin ödənişlərinin edilmə prosesinin nəzarətdə saxlanılması;
Struktur vahidlərindən gələn təcili tələblərə vaxtında reaksiya göstərmək;
Şirkətin təchizatçı bazasının daim yenilənməsinə dəstək olmaq, bazar araşdırması edərək yeni potensial tədarükçüləri cəlb etmək;
Rəhbərlikdən gələn oxşar tələbləri və göstərişləri icra etmək.
Tələblər
Ali Təhsil (Maliyyə və İqtisadiyyat üzrə arzuolunandır);
Dil bilikləri: Azərbaycan dili – ana dili; İngilis dili – yaxşı; Rus dili – yaxşı;
Təmir-tikinti sahəsində minimum 2 il satınalma təcrübəsi;
Riyazi bilikləri;
Komandada işləmək bacarığı;
İş şəraiti:
Həftə içi 5 gün 09:00-18:00-dək
İş yeri Heydər Əliyev Beynəlxalq Hava Limanı
Müraciət üçün:
qlor.me/lmj383u7x