Azərbaycan Hava Yolları QSC Satınalmalar İdarəsinə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– Ümumi satınalmalar, tikinti və təmir əsaslı sifarişlərin qəbul edilməsi və müvafiq qaydada icrası;
– Şirkətin satınalma qaydaları çərçivəsində məlumat sorğusu, kotirovka və tender sorğusu üzrə tələblərin formalaşdırılması
– Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
– Satınalma və müqavilə şərtlərinin potensial təchizatçı ilə razılaşdırılması;
– Sifariş edilmiş mal-material və xidmətlərin keyfiyyətli şəkildə çatdırılmasına nəzarət edilməsi, yaranmış çatışmazlıqların aradan qaldırılması;
– Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqların aparılması;
– Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi.
Namizədlərə tələblər:
– Təhsil: Ali təhsil;
– Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yüksək səviyyədə;
-Proqram bilikləri: Microsoft Office proqramları;
– Sahə üzrə iş təcrübəsi minimum 5 il;
– Ünsiyyət bacarıqları (Yazılı və Şifahi);
– Danışıqların Aparılması bacarığı;
– Qərar vermə bacarığı;
– Problemi həll etmə bacarığı;
– Təqdimat bacarıqları;
– Öyrənmə qabiliyyəti;
– İşə uyğunlaşma qabiliyyəti;
– Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
– Komandada işləmək bacarığı.
İş rejimi:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş saatı: 09.00-dan 18.00-kimi
– İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satınalmalar İdarəsinə Aparıcı Mütəxəssis” qeyd edərək BU LİNKƏ göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur