İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Defacto mağazalar şəbəkəsi-dan İş Elanları və Vakansiyalar

Loading

Satış məsləhətçisi (28 May) tələb olunur

4.6/5 - (14 səs)

DeFacto mağazalar şəbəkəsi 28 May filialı Vakansiya elan edir: Satış məsləhətçisi tələb olunur

Vəzifə öhdəlikləri:
– Şirkətin prosedurları, qaydaları və təşkilati strukturuna uyğun fəaliyyət göstərməlidir.
– Şirkətin korporativ geyim, korporativ yazışma, korporativ davranış və ünsiyyət qaydalarına riayət etməli, şəxsi təmizliyinə və xarici görünüşünə fikir verməlidir.
– İşçi iclaslarında və təlimlərində iştirak etməlidir, fərdi və professional bilik və bacarıqlarını artırmalıdır.
– Müştərilərlə dostcasına, pozitiv ünsiyyət qurmalı, bütün işçilər üçün bu sahədə nümunəvi davranış göstərməlidir.
– Müştəriləri təbəssümlə qarşılamalıdır.
– Onlara suallar verib ehtiyaclarını öyrənməli və brendin korporativ imicə uyğun xidmət göstərməlidir.
– Müştəriləri malı yoxlamağa ruhlandırmalı, əlavə satış təmin olunması üçün əlverişli kombinasiya təklif etməlidir.
– Müştərilərə ümumi kolleksiyalar və məhsullar, eyni zamanda ödəniş metodları və xüsusi təkliflər barədə məlumat verməlidir.
– Mağazadakı iş həcmindən asılı olaraq, ilk müştərinin icazəsi ilə eyni vaxtda bir neçə müştəriyə xidmət göstərməlidir.
– Əgər müştərinin istədiyi mal manekenin üzərindədirsə və mağazada daha yoxdursa, o zaman həmin malın müştəriyə satılmasını təmin etməlidir.
– Mağazaya malı qaytarmaq və ya dəyişmək üçün gələn müştərini müsbət üz ifadəsi ilə qarşılamalı, prosedura uyğun mağaza müdiri və ya bölmə müdirinə məlumat verməklə, kassa bölməsinə və nəzarətçiyə yönləndirərək köməklik göstərməlidir.
– Mağazanın aylıq, həftəlik və gündəlik satış hədəfləri barədə mağaza rəhbərliyindən məlumat almalı və öz satış hədəflərinə nail olmağa can atmalıdır.
– Mağaza ərazisində həyatın və ya əmlakın təhlükəsizliyinə xələl gətirə biləcək şübhəli hal, şübhəli bağlama və s. olarsa dərhal mağaza müdirini və nəzarəçini bu barədə məlumatlandırmalıdır.
– Mağaza müdiri tərəfindən verilən tapşırıqların vaxtlı-vaxtında yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar:
– Satış sahəsində biliklərin olması;
– Komanda ilə işləmək bacarığı;
– Dil biliklərinin olması arzuolunandır.
– Təhsil: Orta və ali təhsil
– Yaş həddi: 18-35 yaş aralığı

İş rejimi:
– İş yeri: Defacto 28 May
– İş rejimi: 6 günlük (növbəli)
– İş saatı: gün ərzində 8 saatdan çox olmayaraq

Əmək haqqı:
– Aylıq məvacib 460 manat + Bonus (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Satış məsləhətçisi” qeyd edərək BU LİNKƏ əlavə edib göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

×
0
Sualınız varsa - şərh yazınx
()
x

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!