AVVA geyim mağazası Vakansiya elan edir: Satış məsləhətçisi tələb olunur
Vəzifə öhdəlikləri:
– Mağazada mövcud olan hər bir məhsul çeşidi haqqında məlumatlı olmaq;
– Müştəriləri brend məhsul çeşidi haqqında məlumatlandırmaq və onlara məhsul seçimində köməklik etmək;
– “Müştəri xidmətləri” standartlarına uyğun xidmət göstərmək;
– Mağazada məhsulun bütün çeşidlərinin mövcudluğuna nəzarət etmək;
– Şirkət daxili nizam-intizam qaydalarına əməl etmək;
Namizədlərə tələblər:
– Azərbaycan dili (əla), rus dili və digər xarici dil bilikləri arzu olunandır
– Təhsil: orta və ya ali ixtisas arzuolunandır.
– Yaş aralığı: 25-45 yaş.
– İş təcrübəsi: Geyim sahəsində 6 ay və ya 1 illik təcrübənin olması mütləqdir.
– Təcrübəsi olmayan şəxslərin cv-lərinə baxılmayacaq.
İş rejimi:
– İş yeri: “AVAVİP” mağazalar şəbəkəsi- Sumqayıt şəhəri
– İş saatları: 6 günlük iş qrafiki ilə, həftə ərzində 40 saat olmaqla
– İstirahət günü: Dəyişkən istirahət günü olmaqla 1 dəfə
– Peşəkar və karyera böyümə imkanları
Əmək haqqı:
– Aylıq məvacib 450 manat təşkil edir + Satışlardan bonus
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Satış məsləhətçisi” qeyd etməklə hr@avva-azerbaijan.az ünvanına göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur