Music Gallery Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək;
– Vitrinlərin, rəflərin tərtibatı, mal təminatını izləmək;
– Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
– Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
– Qoyulmuş satış hədəflərinə çatmaq;
– Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək;
– Şirkətin qəbul etdiyi qayda və prosedurlara riayət etmək
Namizədlərə tələblər:
– Ali və ya orta təhsil
– Sahə üzrə minimum 1 il iş təcrübəsi
– Yüksək səviyyədə azərbaycan və rus dili biliyi
-Aktiv, çevik, məsuliyyətli və kollektivlə işləmə bacarığı
– Güclü ünsiyyət, problem həll etmə və qərar vermək bacarığı
İş rejimi:
– 6 günlük (növbəli) iş qrafiki
Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satış məsləhətçisi” qeyd edərək BU LİNKƏ göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur