Music Gallery Vakansiya elan edir: Satış Məsləhətçisi tələb olunur
Vəzifə öhdəlikləri:
– Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək;
– Vitrinlərin, rəflərin tərtibatı, mal təminatını izləmək;
– Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
– Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
– Qoyulmuş satış hədəflərinə çatmaq;
– Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək;
– Şirkətin qəbul etdiyi qayda və prosedurlara riayət etmək
Tələb olunan bilik və bacarıqlar:
– Ali və ya orta təhsil
– Sahə üzrə minimum 1 il iş təcrübəsi
– Yüksək səviyyədə azərbaycan və rus dili biliyi
– Aktiv, çevik, məsuliyyətli və kollektivlə işləmə bacarığı
– Güclü ünsiyyət, problem həll etmə və qərar vermək bacarığı
İş rejimi:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş yeri: Music Gallery İnqilab filialı
Əmək haqqı:
– Aylıq məvacib 500-600 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Mağaza meneceri” qeyd etməklə BU LİNKƏ əlavə edib göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur