MyShops MMC-dan İş Elanı: Satış məsləhətçisi tələb olunur
Vəzifə öhdəlikləri:
– Mağazada şirkət standartlarının və satış keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
– Mağaza üzrə satış hesabatlarını, gündəlik, həftəlik və aylıq olaraq hazırlamaq və təqdim etmək;
– Mağazanın satış həcmini və xidmət keyfiyyətini artırmaq üçün lazımi işləri yerinə yetirmək;
– Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;
– Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək;
– Sənədləşmə işinin aparılması, müvafiq qaydada cari əməliyyatların, hesabatların, sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək.
– Satış sahəsində minimum 2 il iş təcrübəsi olmalı; (elektronika və məişət sahəsində olması arzu olunandır);
– Azərbaycan və Rus dillərində sərbəst danışıq qabiliyyəti;
– Kompüter bilikləri: MS Office proqramları;
– Problemləri effektiv şəkildə həll etməli;
– Müştərilərlə xidmət qaydalarını, satış psixologiyasını və prinsiplərini bilməli;
– Təqdimetmə bacarıqlarına sahib olmalıdır.
Tələb olunan bilik və bacarıqlar:
– Satış sahəsində minimum 2 il iş təcrübəsi olmalı; (elektronika və məişət sahəsində olması arzu olunandır);
– Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları olmalı;
– Problemləri effektiv şəkildə həll etməli;
– Müştərilərə xidmət qaydalarını, satış psixologiyasını və prinsiplərini bilməli;
– İdarəetmə və təşkilatçılıq bacarıqlarına sahib olmalı.
İş rejimi:
– İş yeri: Bakı şəhəri, Ağ şəhər, Vertu Boutique.
– İş rejimi: 6 günlük, saat 10:00 – 20:00-dək; 1 gün istirahət günü.
Əmək haqqı:
– Aylıq məvacib 700 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Satış məsləhətçisi” qeyd etməklə hr@myshops.az epoçt ünvanına əlavə edib göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur