Radius Avtomobil Təkər Mərkəzindən Vakansiya: Satış məsləhətçisi tələb olunur
Vəzifə öhdəlikləri:
– Alıcılara məhsulla və xidmətlər haqqında düzgün və dəqiq məlumatın verilməsi
– Alıcıya cari lahiyələr, marketinq tədbirləri, aksiya və kampaniyalar, mövcud olan ödəniş və məhsulun alınması qaydaları haqqında məlumatın verilməsi
– İş məlumatlarının proqram təminatının məlumat bazasına tam şəkildə düzgün əlavə edilməsi
– Müştərinin bütün narazıçılıqlarının qarşısının alınması
– Sərgi zalında malların daimi mövcudluğunu və çeşidlənməsinin (merçendayzinq) təmin edilməsi
– Daxil olan telefon zənglərin təlimata əsasən cavablandırılması, məhsul və xidmətləri haqqında tam və etibarlı məlumatların verilməsi
– Verilmiş tapşırıqların vaxtında, dəqiq, keyfiyyətli və tam şəkildə yerinə yetirilməsi
Namizədlərə tələblər:
– Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək)
– Programlar: 1C, MS Office (əsasən Excel, Word və Outlook) proqramlarında sərbəst işləmək bacarığı
– Yaşayış qeydiyyatı: Bakı şəhəri
– Şəxsi keyfiyyətlər: ciddi, məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan
– Komandada işləmək bacarığına malik olan
İş rejimi:
– İş saatı : 09:00-dan -18:00-dək və 12:00-dan – 21:00-dək (növbəli)
– Nahar şirkət tərəfindən qarşılanır
– İş rejimi: Həftənin 6 günü
– İş yeri: Badamdar qəsəbəsi
Əmək haqqı:
700-900 manat
Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Satış məsləhətçisi” qeyd etməklə hr@radius.az ünvanına göndərmələri xahiş olunur
