Mothercare Azerbaijan-dan İş Elanı: Satış Məsləhətçisi tələb olunur
Vəzifə öhdəlikləri:
– Mağaza menecerinin tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi
– Müştəri məmnuniyyətinin təmin olunması
– Müştərilərinin seçimlərində yardımçı olunması, onlara məhsullar haqqında dolğun informasiyanın verilməsi
Namizədlərə tələblər:
– Müştərilərlə yüksək səviyyədə ünsiyyət
– Səmimi, aktiv, dinamik, səbrli və gülərüz
– Kollektivlə işləmək bacarığı
– Azərbaycan dili səlis, rus dili orta bilənlərə üstünlük veriləcək
İş rejimi:
– 1 həftə ödənişsiz sınaq müddəti (rəsmiləşdikdən sonra həmin günlər nəzərə alınacaq)
– İş vaxtı həftədə 6 gün, istirahət günü yalnız həftə içi. Növbəli qrafiklə iş: 10:00-19:00 və 12:00-21:00 (mağaza açılana qədər işçi mağazada olmalıdır)
– Mağazalar şəhər mərkəzində və ətrafında yerləşir
Əmək haqqı:
– Bonuslarla birlikdə Aylıq məvacib 500-700 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Satış Məsləhətçisi” qeyd etməklə hr2@sabah-group.com e-poçt ünvanına əlavə edib göndərmələri xahiş olunur
DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur