Supertoys oyuncaq mağazalar şəbəkəsi Vakansiya elan edir: Satış təmsilçisi tələb olunur
Vəzifə öhdəlikləri:
– Məhsul seçimində müştəriyə kömək etmək və çeşidləri təqdim etmək;
– Məhsulları təmiz və səliqəli şəkildə vitrinə yığılması, qiymət etiketlərinə, bölmələrə nəzarət;
– Mağazaya daxil olan məhsulların qəbulunda iştirak etmək, satışa hazırlamaq;
– Satış texnikasının üslublarından effektiv istifadə etmək;
– Müştəri məmnuniyyətinin təmin etmək;
Tələblər:
– Orta təhsil;
– 20-30 yaş arası bəylər;
– Komandada işləmək bacarığı;
– Satış prinsipləri, müştəri xidməti standartları barədə biliklər;
– Pozitiv, müştəriyönümlü, ünsiyyətcil, intizamlı, nitq mədəniyyəti, yüksək təqdimat bacarığı, şəxsi inkişafa meylli, nəticə üçün işləmək bacarığı;
İş rejimi:
– İş yeri: Supertoys oyuncaq mağazalar şəbəkəsi Sədərək filialı
– İş rejimi: 6 günlük iş həftəsi
Əmək haqqı:
– Aylıq məvacib 600-700 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Satış təmsilçisi (Sədərək)” qeyd edərək hr@supertoys.az e-poçt ünvanına ya da (055) 220-23-72 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur