PAŞA Sığorta ASC-dən Vakansiya: Satış üzrə assistent tələb olunur
Vəzifə və öhdəliklər
Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi
Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi
Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanın Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi
Zərurət yarandığı halda sığorta obyektlərinə baxışın həyata keçirilməsi
Fərdi və bank müştərilərinə xidmət edilməsi, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılması
Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi
Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərilməsi
Biliklər
Ali təhsil – Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək
Təcrübə
Müvafiq iş təcrübəsinin olmasına üstünlük verilir
Bacarıqlar
– Ünsiyyət qurmaq bacarığı
– Dəqiqlik
– Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
– Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
– Komanda ilə işləmək bacarığı
– Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı
Müraciət üçün:
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.