Azəristiliktəchizat ASC Satış üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– İstilik və isti su təchizatına dair müqavilələrin bağlanması;
– İstilik haqqının ödənilməsi üçün tələb olunan bildirişlərin vaxtında paylanması;
– Verilmiş istilik enerjisinin haqqının ödənilməsi üçün tələb olunan sənədlərin istehlakçılara çatdırılması;
– Borcu olan istehlakçılara ödənişlərin edilməsi üçün xəbərdarlıqların olunması və lazımi tədbirlərin görülməsi;
Namizədlərə tələblər:
– Ali və ya orta ixtisas təhsilli olmalıdır;
– Qeyd olunan sahədə iş təcrübəsi arzuolunandır;
– Azərbaycan dilini səlis bilməlidir;
– Komandada işləməyi bacarmalıdır;
– İşində məsuliyyətli və ciddi olmalıdır;
Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satış üzrə texnik” qeyd edərək hr@azeristilik.gov.az epoçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur