inline Loqo İşə Qəbul 2023: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Kontakt Home mağazalar şəbəkəsindən İş Elanları və Vakansiyalar

Loading

Sayım üzrə mütəxəssis tələb olunur

5/5 - (1 səs)

Kontakt Home mağazalar şəbəkəsindən Vakansiya: Sayım üzrə mütəxəssis tələb olunur

Vəzifə öhdəlikləri:
– İş planına əsasən anbar qalığının sistem və faktiki göstəricilər üzrə yoxlanılması;
– İş planına əsasən anbarlarda fiziki şəkildə sayımın həyata keçirilməsi;
– Sayım əsasında sistem üzrə məhsul sayı faktiki məhsul sayından fərqli olduqda səbəblərin araşdırılması və aktlaşdırılması;
– Məhsul qalıqlarında aşkarlanan problemlər sistem xətası ilə əlaqəli olduqda düzəlişlər edilməsi üçün müraciətlərin aidiyyəti üzrə ünvanlanması;
– Ehtiyac olduqda məhsulların anbara mədaxil və anbardan məxaric sənədlərinin sistem üzrə yoxlanması;
– Sayım zamanı texniki təhlükəsizlik qaydalarına riayyət etməli, habelə, məhsulların yerləşmə ardıcıllığının qorunması və məhsulların zədələnməsinə şərait yaradılmamasının təşkili;
– Sayım prosesinin yekununda bütün məlumatların aktlaşdırılması və struktur rəhbərinə təqdim edilməsi;
– Hazırlanmış check list əsasında anbar ərazilərinin auditini həyata keçirmək;
– Əlaqəli şöbələrlə məlumat və sənəd mübadiləsinin təşkili;
– Yeni cəlb olunmuş əməkdaşların adaptasiya və təlim işinin təşkil edilməsi;
– İş prosesinin sürətlənməsi və əməliyyat xərclərinin optimallaşdırılması istiqamətində yeni təkliflərin hazırlanıb rəhbərliyə təqdim olunması;
– Şöbə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.

Namizədlərə tələblər:
– Ali təhsil (İqtisadi, İdarəetmə, Texniki sahələr üzrə arzu olunandır);
– Audit sahəsi üzrə nəzəri və praktiki biliklər;
– Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
– Səlis formada şifahi və yazılı Azərbaycan dili biliyi, Rus və İngilis dili bilikləri arzuolunandır;
– MS Offis proqramlarını sərbəst istifadə etmə bacarığı;
– Korporativ yazışma və işgüzar danışıqlar aparma bacarığı;
– Riyazi, məntiqi biliklər;
– Analitik düşünmə, təhliletmə qabiliyyəti;
– Komanda ilə işləmə bacarığı;
– Ezamiyyəyə açıq olması;
– Sərbəst qərar verə bilmə bacarığı.

İş Rejimi:
– 5 günlük iş günü

Əmək haqqı:
– maaş 750-800 manat təşkil edir (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən olunacaqdır)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Sayım üzrə mütəxəssis” qeyd edərək https://glorri.com/lht85xq39 ünvanına əlavə edib göndərə bilərlər.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur

YouTube video

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

XİDMƏT

Xadimə, Resepşn, Təmizlikçi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

Son iş elanları və vakansiyalar

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!