OBA Marketlər şəbəkəsi Sənədləşmə üzrə Kiçik Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– Açılış, bağlanış, və yoxlama keçirilən mağazalar üzrə nəticələrin sənədləşdirilməsi, komissiya üzvlərinə imzalatdırılması və arxivləşdirilməsi
– DNŞ, Audit,İR, Hüquq şöbələrindən gələn sorğuların cavablandırılması, lazımi sənədlərin toplanaraq aidiyyatı strukturlara təqdim olunması
– İnventarizasiya aktlarının çap olunması
– İR tərəfindən göndərilən çıxış rəylərinin cavablandırılması
Namizədlərə tələblər:
– Təhsil səviyyəsi: Ali
– İş təcrübəsi: Minimum 1 il iş təcrübəsi
– Kompüter bilikləri: MS Office (Word, Excel yaxşı səviyyədə)
– Dil bilikləri : Azərbaycan Dili
– Kargüzarlığın aparılması qaydalarını bilməli
– Azərbaycan dilində yüksək yazı bacarığı
– Çevik, məsuliyyətli və komanda ilə işləmək bacarığına malik olmalı.
İş rejimi:
– Nahar, Korporativ nömrə, Nəqliyyat (Servis) təmin olunur
– İş saatları 09:00 – 18:00;
– Nahar fasiləsi: 13:00-14:00
– Şənbə və Bazar istirahət günləri
Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Sənədləşmə üzrə Kiçik Mütəxəssis” qeyd edərək cv@oba.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur