Asan İmza Mobile İD üçün Vakansiya: Sənədləşmə və Kommunikasiyalar üzrə Koordinator tələb olunur
Vəzifə öhdəlikləri:
– Daxili sənədləşmə, ofis işləri və rəsmi yazışmalarla işləmək;
– Rəhbərin tələbi ilə məlumatların axtarışı və strukturlaşdırılması;
– Poçt göndərişlərinin hazırlanması və göndərilməsi, kuryer xidmətləri ilə qarşılıqlı əlaqə;
– Elanların dərci, tədbirlərin və görüşlərin təşkili;
– Sosial media hesabları və press-relizlər üçün məzmunun yaradılmasında köməklik;
– İclaslarda iştirak və protokolların aparılması;
– Şirkətdə baş verən hadisələrdən xəbərdar olmaq, vacib məlumatları qeyd etmək, suallara və tapşırıq statuslarına operativ cavab vermək;
– Rəhbərin müxtəlif tapşırıqlarını yerinə yetirmək və onun işlərinin idarə olunmasına dəstək olmaq.
Namizədlərə tələblər:
– Ali təhsil;
– Ədəbi və texniki Azərbaycan dilini mükəmməl bilmək;
– Rus və ya ingilis dillərini mükəmməl və səriştəli bilmək;
– İT sahəsində texniki terminologiyanın biliyi əlavə üstünlük hesab edilir;
– Daxili sənədləşmə və ofis işləri üzrə təcrübə;
– Tapşırıqları yüksək məsuliyyətlə və dəqiqliklə yerinə yetirmək.
İş Rejimi:
– İş vaxtı: tam iş günü, həftədə 40 saat, bazar ertəsindən cümə gününə daxil, 8 saatlıq iş günü;
– Şirkət hesabına ixtisasartırma imkanları;
– Mobil rabitə, nahar, parkinq və idman xərclərinin ödənilməsi, ofisdə pulsuz içkilərin verilməsi;
– 3 ay sınaq müddəti;
– Mehriban və həmrəy komanda;
Əmək haqqı:
– namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən olunacaqdır
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Sənədləşmə və Kommunikasiyalar üzrə Koordinator” qeyd edərək hr@bestsolutions.az e-poçt ünvanına göndərə bilərlər.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur
