İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Azərbaycan Hava Yolları - AZAL-da İş Elanları və Vakansiyalar

Loading

Sərnişinlərə xidmət üzrə mütəxəssis tələb olunur

4.3/5 - (18 səs)

AZAL Rəsmi Şəxslərə, Nümayəndələrə və VİP Sərnişinlərə xidmət üzrə Baş İdarəsi Vakansiya elan edir: Sərnişinlərə xidmət üzrə mütəxəssis tələb olunur

Vəzifə öhdəlikləri:
– Sərnişinlərin qeydiyyatı və rəsmiləşdirilməsi;
– Sərnişinləri vaxtında minik üçün uçuşa dəvət etmək və gəlmə zamanı sərnişinləri qarşılamaq;
– Qeydiyyat və baqajın rəsmiləşdirilməsi zamanı sərnişinlərin sorğu edilməsi, qeydiyyat sistemi ilə identifikasiya edilməsi,pasport və vizaların yoxlanılması;
– Sərnişinlərə yüksək səviyyədə xidmət göstərmək,onlara baqajın daşınmaya qəbulu qaydaları və baqajın normadan artıq çəkisinə, prioritet yerlər və xidmət sinfinin artırılması və digər əlavə ödənişli xidmətlərə görə daşıyıcı tərəfindən tətbiq olunan tarifləri bilmək və sərnişinlərə tariflər barədə düzgün məlumat vermək;
– Qeydiyyat duracaqlarının qarşısında qeydiyyatdan keçmək istəyən sərnişinlərin növbəsini tənzimləmək,zallara daxil olan şəxslərin statuslarını müəyyən etmək,ödənişlərin həyata keçirilməsi işini təşkil və təmin etmək,kənar şəxslərin zallara daxil olmalarının qarşısını almaq,konfliktli vəziyyət yaranarsa,bu barədə növbə rəisinə və Aviasiya Təhlükəsizliyi işçilərinə məlumat vermək

Namizədlərə tələblər:
– Təhsil tələbləri: Ali təhsil;
– Dil bilikləri: Azərbaycan dili-səlis, ingilis dili-səlis;
– Komputer bilikləri: Ms office- Word; Excel;
– Şifahi və yazılı ünsiyyət bacarığı;
– Qərar qəbul etmə bacarığı;
– Öyrənmə qabiliyyəti;
– Problemləri həll etmə bacarığı;
– İşə tez uyğunlaşma qabiliyyəti;
– Təqdimat bacarığı;
– Komandada işləmə bacarığı.

İş Rejimi:
– İş qrafiki: Növbəli iş rejimi.
– İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı.

Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Sərnişinlərə xidmət üzrə mütəxəssis” qeyd edərək BU LINKƏ göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

×

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!