ASG Business Aviation Vakansiya elan edir: Sərnişinlərin qeydiyyatı üzrə agent tələb olunur
Vəzifə öhdəlikləri:
– Sərnişinlərin qeydiyyatı üzrə agentin qarşısında duran əsas məsələ sərnişinlərin və onların baqajının qeydiyyatı, müvafiq daşınma sənədlərinin rəsmiləşdirilməsi, baqajın lentə təhvil verilməsi, uçub gedən sərnişinlərin HG-nə müşayiət edilməsi və mindirilməsindən ibarətdir.
Namizədlərə tələblər:
– İş təcrübəsi: tələb olunmur
– Təhsili: ali, orta-ixtisas, orta
– Dil bilikləri: Azərbaycan dilini sərbəst, rus və ingilis dillərini müxtəlif ölkələrin sərnişinləri ilə ünsiyyət qurduqları üçün yaxşı səviyyədə bilmək.
İş Rejimi:
– İş qrafiki növbəli: (1-ci gün gündüz növbəsi 08:00-20:00, 2-ci gün gecə növbəsi 20:00-08:00, sonradan 2 gün istirahət)
– İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma mövcuddur
– İşçilər xüsusi geyim forması ilə təmin olunurlar
Əmək haqqı:
– Aylıq məvacib 895 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Sərnişinlərin qeydiyyatı üzrə agent” yazaraq hr@asg.az epoçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur