StarMining MMC-dən Vakansiya: SƏTƏM üzrə mühəndis tələb olunur
Vəzifə öhdəlikləri:
– Əmək qanunvericiliyinə, təhlükəsiz qayda və normalarına, standartlara və digər normativ sənədlərə əməl olunmasına, müəssisənin, həmkarlar ittifaqları komitələrinin, nəzarət orqanlarının əmək mühafizəsinə dair əmr və sərəncamlarının yerinə yetirilməsinə nəzarət edir;
– Müvafiq şöbə, xidmət və bölmələrin mühəndis texniki işçilərini cəlb etməklə ardıcıl olaraq sexlərdə, qurğularda və digər istehsalat bölmələrində əmək şəraitini yoxlayır, pozuntu və çatışmamazlıqları aşkar edir, onların aradan qaldırılmasına ölçü götürür;
– Avadanlıqların pasportlaşdırılmasında struktur bölmələrin rəhbərlərinə metodik yardım göstərir;
– Fərdi mühafizə vasitələrilə, təmin olunmalarına, onların qəbul olunmasına, saxlanmasına, təmirinə, yuyulub təmizlənməsinə nəzarət edir;
– Baş verə biləcək qəzaların, yanğınların ləğv olunma planının öyrədilməsinə nəzarət edir;
– İstehsalatda baş vermiş bədbəxt hadisələri və peşə xəstəliklərini qeydiyyata alır, uçotunu aparır;
– Daha keyfiyyətli mühafizə, vasitələrin konstruksiyalarının hazırlanmasında, sahələrdə tətbiq olunmasında iştirak edir və onların keyfiyyətliliyini təhlil edir;
– Tikiləcək, yenidən qurulacaq, təmir ediləcək istehsal sexlərinin, binaların qurğuların, obyektlərin, sanitariya-məişət mənzillərinin texniki-layihə sənədlərinin baxılmasında iştirak edir və buna dair öz rəyini bildirir;
– Əməyin mühafizəsinə dair əmrlərin, qərarların, göstərişlərin və digər sənədlərin layihəsini hazırlayır;
Namizədlərə tələblər:
– Yaş: 27-40;
– Təcrübə: Ən azı 3 il müvafiq sahədə;
– Dil bilikləri: İngilis dilini bilməsi arzu olunandır;
– Kompüter bacarıqları: MS Office proqramlarında peşəkar işləmək bacarığı;
– Komandada işləmək bacarığı ;
– İşinə məsuliyyətli yanaşma, diqqqət və çeviklik;
– Yüksək idarəetmə qabiliyyəti;
– İşinə məsuliyyətli yanaşma.
İş Rejimi:
– Nahar şirkət tərəfindən verilir;
– İşə qəbul əmək məcəlləsinə uyğun aparılır;
– İş qrafiki: 15 günlük;
– İş saatı: 08:00 – 20:00;
– İstirahət: 15 günlük;
– İş yeri: Daşkəsən r., Çovdar k.
Əmək haqqı:
– maaş 1200-1500 manat təşkil edir (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən olunacaqdır)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “SƏTƏM üzrə mühəndis” qeyd edərək hr@starmining.az e-poçt ünvanına göndərə bilərlər.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur
