Atəşgah Sığorta Şirkətindən Vakansiya: Sığorta məsləhətçisi tələb olunur
Namizədə tələblər
• Cinsi: Bəy və Xanım
• Təhsil: Natamam Ali və Ali
• İş təcrübəsi: Satış sahəsi üzrə təcrübə arzuolunandır
• Dil bilikləri: Azərbaycan dili (əla), əlavə olaraq Rus dili və İngilis dili (arzu olunandır)
• MS Office proqramları ilə işləmək bacarığı
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı
• Yenilikləri tətbiq etmək bacarığı
Əsas vəzifə öhdəlikləri:
• Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlərin keçirilməsində iştirak etmək
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
• Müştərinin ilk müraciət anından onunla işləmək: qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək,müştəriyə sığorta şərtləri haqqında ətraflı məlumatların əldə edilməsində köməklik göstərmək
• Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
İş şərtləri
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Biz sizə nə təklif edirik?
• Karyera və inkişaf üçün əla fürsətlər
• Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
• İşlə təmin olunma imkanı
• Müasir idarəetmə sistemi və mehriban kollektiv
• Satışlara əsasən artan gəlir
Müraciət üçün:
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini job@ateshgah.com -mail ünvanına göndərmələri xahiş olunur.